Səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur-
15:46 SiyasətBirinci vitse-prezident Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Maraqlıdır, Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayıb və icrası ilə bağlı müvafiq tapşırıq verib. TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ölkənin səhiyyə sisteminə nə vəd edir?
"Olaylar"ın məlumatına görə, hüquqşünas Alim Hüseynli bildirib ki, ölkdədə rəqəmsal səhiyyə ekosisteminin tətbiqi həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Burada başlıca məqsədi vətəndaşlara keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsidir. Eləcə də tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addım səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində verdiyi təklif də şübhəsiz bu sistemdə çalışanların rifah halının yüsəlməsinə xidmət edir. Başqa sözlə, sözügedən qərar səhiyyə sahəeində həyata keçirilən ardıcıl islahatların və ümimilikdə dövlətin sosial siytasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Məlumata görə, yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, tibb işçilərinin sosial rifahının gücləndirilməsinə və yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəldilən əlavə maliyyə təminatını əks etdirir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur. Sadalanan faktlar deməyə əsas verir ki, bu qərarın icrası nəticəsində regionlarda kadr çatışmazlığı məsələsi həllini tapacaq, həkimlərin regionlarda işləməsi stimullaşdırılacaq. Bu baxımdan, tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində veriələn təşəbbüs səhiyyə sahəsinin inkişafında mühüm addım kimi qiymətləndirilməlidir".