Gündəm
Ölümün haqqını verməyi bacarmalıyıq
"Xalqın gücü, iradəsi qarşısında duruş gətirmək mümkünsüzdür"
"Bugünkü gün üçün ən effektli və mövcud olan bütün mübarizə üsullarından artıq istifadə olunur. Əlbəttə, xaricdə oturub Azərbaycanın milli-mənəvi dəyərlərinə təhqiramiz ifadələr söyləyən adamlara qarşı onların öz üsulları ilə mübarizə aparmaq qəti şəkildə uğurlu olmazdı. Bu mənada seçilən mübarizə üsullarını məqbul hesab edirəm".
Bu adların körpələrə qoyulmasına icazə verildi - Gözəlçə, Halik,Filyar...
Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adlar açıqlanıb. Adlar siyahısında Fəhmil, Fərhan, Fəridəddin, Fəsaləddin kimi kişi, Fabiyə, Faimə, Fairə, Faxirə, Failə, Faqimə, Faribə, Fatikə, Fatmabadam, Faya, Fəqamət, Fəqannisə, Fəqumə, Fələk, Fənar, Fəsanə, Fəvranə, Fiqurə, Filyar kimi qadın adları yer alıb.
Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başladı
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.
"Uşaqlarını döyüb, evdə ac qoydular" - Valideynlərdən insanlığa sığmayan hərəkət - VİDEO
Valideyn məsuliyyətsizliyi nəticəsində yaşanan ailə faciələrinin qurbanları çox vaxt uşaqlar olur. Belə hallardan daha biri Bakıda yaşanıb. Paytaxtda 3 uşaqlı ailədə valideynlərin övladlarına verdiyi əzab uşaqlardan birinə təsadüfən küçədə bir xanımın rastlaması ilə üzə çıxıb.
"Bakı Asiya ilə Avropa arasında iri qovşağa çevrilə bilər"
"Çin ümid edir ki, Bakı Asiya ilə Avropa arasında iri qovşağa çevriləcək". Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanına təhvil verilmiş texnikanın təqdimat mərasimi zamanı Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.
Rusiyalı general ABŞ-ın planlarını ifşa etdi
"ABŞ Suriyada Fərat çayının şərq sahilində öz nəzarətində olan kvazidövlət yaratmağa çalışır". Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy deyib. Onun sözlərinə görə, bölgədə öz yerli idarəetmə orqanları və hətta silahlı qüvvələri olan dövlətin yaradılması cəhdləri müşahidə olunur.
Silsilə oğurluqla məşğul olan dəstə ifşa edilib
Oğurluqda şübhəli bilinən dəstə ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən pul, ərzaq məhsulları, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Amil Gülməmmədov, Arif və Rəhman Məhərrəmov saxlanılıb. Araşdırma aparılır.
Avtomobili qarət edən yaxalanıb
Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs ələ keçib. DİN-dən “Olaylar”a veriln məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 26-da Rahib Rəhimova məxsus “KİA” markalı avtomobildən 500 manat və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.
Oğrunun digər cinayət əməlləri ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəcsin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlunata görə, oğurluq etdiyinə görə tutulmuş Rəşad Həsənovun ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 2-dən fevralın 2-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən, habelə 2 evdən pul, sənəd, qızıl, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Rusiyada daha bir ticarət mərkəzi YANIR
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən ticarət mərkəzlərinin birində yanğın qeydə alınıb. Olaylar.az – ın məlumatına əsasən, yanğın zamanı bir nəfərin həlak olduğu bildirilir. Yanğının səbəbi məlum olmnasa da, qarşısı tez bir zamanda alınıb. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb.
41 227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb
Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 41227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.
Regionların inkişafı əhailini sosial rifahına müsbət təsir göstərib
Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verib. Sözügedən proqramların icrası xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin genişlənməsi, o cümlədən ixrac potensialının artması ilə müşahidə olunur. Artıq ölkənin ayrı-ayrı rayonları keyfiyyətli və rəqabətədavamlı istehsal məhsullarını xarici bazarlara çıxarmaqla yüksək gəlir əldə etmək imkanı qazanıblar.
Bakıda ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının ekspertləri tərəfindən seminar keçirilir
ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.
Boksçumuz döyüşünü Aprel şəhidlərinə həsr edəcək
Aprelin 28-də Almaniyada peşəkar boks arenasında rinqə yenidən Azərbaycan bayrağı çıxarılacaq. “OLAYLAR” xəbər verir ki, dünya və avropa çempionu, peşəkar boksçumuz Azad Əzizov Azərbaycan bayrağı altında növbəti döyüşünü keçirəcək.













.jpg)
