"Xalqın gücü, iradəsi qarşısında duruş gətirmək mümkünsüzdür"
"Bugünkü gün üçün ən effektli və mövcud olan bütün mübarizə üsullarından artıq istifadə olunur. Əlbəttə, xaricdə oturub Azərbaycanın milli-mənəvi dəyərlərinə təhqiramiz ifadələr söyləyən adamlara qarşı onların öz üsulları ilə mübarizə aparmaq qəti şəkildə uğurlu olmazdı. Bu mənada seçilən mübarizə üsullarını məqbul hesab edirəm".
4 Aprel 2018 15:30 Siyasət"Bugünkü gün üçün ən effektli və mövcud olan bütün mübarizə üsullarından artıq istifadə olunur. Əlbəttə, xaricdə oturub Azərbaycanın milli-mənəvi dəyərlərinə təhqiramiz ifadələr söyləyən adamlara qarşı onların öz üsulları ilə mübarizə aparmaq qəti şəkildə uğurlu olmazdı. Bu mənada seçilən mübarizə üsullarını məqbul hesab edirəm". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bütün cəmiyyətin ən sağlam hissəsinin - ziyalıların, QHT-lərin, medianın, jurnalistlərin, insanların iştirakı ilə mütəşəkkil bir qrupun ortada olması çox tutarlı bir mübarizə üsuludur: "Artıq hiss edirsinizsə, belə təmkinli, səviyyəli, müqavimətin artıq nəticələri var. Nəticələr ondan ibarətdir ki, Azərbaycanın ünvanına söyüş və təhqirlərlə məşğul olanların artıq öz sıralarında bir parçalanma var. Yəni bu müqavimətin kəskinliyi, səviyyəsi qarşısında bəzi adamlar artıq bu söyüş taktikasına son veriblər və prosesdən geri çəkiliblər. Mən bunu böyük qələbə və nəticə hesab edirəm. Hələlik bir neçə nəfər də əvvəlki üsulla qeyri-etik fəaliyyətlərini davam etdirirlər. Amma bu o demək deyil ki, onlar da sona qədər duruş gətirə biləcəklər. Bütün Azərbaycan cəmiyyəti bu cür üsulla Azərbaycana qarayaxmaq istəyənlərə qarşı çox kəskin bir müqavimət və əhval-ruhiyyə ortaya qoyub. Xalqın gücü, iradəsi qarşısında duruş gətirmək mümkünsüzdür". Sia.az