Boksçumuz döyüşünü  Aprel şəhidlərinə həsr edəcək

Aprelin 28-də Almaniyada peşəkar boks arenasında rinqə yenidən Azərbaycan bayrağı çıxarılacaq. “OLAYLAR” xəbər verir ki, dünya və avropa çempionu, peşəkar boksçumuz Azad Əzizov Azərbaycan bayrağı altında növbəti döyüşünü keçirəcək.

Aprelin 28-də Almaniyada peşəkar boks arenasında rinqə yenidən Azərbaycan bayrağı çıxarılacaq. "OLAYLAR" xəbər verir ki, dünya və avropa çempionu, peşəkar boksçumuz Azad Əzizov Azərbaycan bayrağı altında növbəti döyüşünü keçirəcək. Titullu idmançımızın rəqibi albaniyalı təcrübəli və tanınmış boksçu Miloş Yanyanin olacaq. Döyüşün təşkilati işləri "Odlar Yurdu" boks klubuna məxsusdur. Klubun meneceri Anar Axundzadədir. Hazırda müntəzəm olaraq qarşılaşmaya hazırlaşan Azad Əzizov bu döyüşünü aprel şəhidlərimizə və Azərbaycan Cumhüriyyətinin 100 illiyinə həsr edir.

Qeyd edək ki, beynəlxalq statuslu bu yarış Aprel ayının 28-də, saat 17:30-da zəngin boks ənənələri olan Bavariyanın Kempten şəhərində keçiriləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31