Seçkini boykot edən müxalifətçi dərnək rəhbərləri maraqları baxımından düzgün addım atıblar
Bu gün Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusu heç şübhəsiz ki, aprelin 11-də ölkədə keçiriləcək prezident seçkiləridir. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, prezident seçkilərinə kifayət qədər böyük maraq var. Bu maraq həm daxildə, həm də xaricdə açıq şəkildə hiss edilir. Seçkiqabağı situasiyanı dəyərləndirmək üçün beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana səfər etmələri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətinin uzunmüddətli missiya ilə Azərbaycana gələrək burada namizədlərlə ayrı-ayrılıqda görüş keçirməsi və seçkiqabağı mühiti dəyərləndirməsi, eləcə də çoxlu sayda xarici müşahidəçinin seçki günü məntəqələrdə müşahidə aparmaq məqsədilə Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçməsi məhz 11 aprel prezident seçkilərinə olan beynəlxalq marağın göstəricisidir.
4 Aprel 2018 13:51 SiyasətSahib Alıyev: "Onlar da digərləri kimi indiki Prezidentə uduzacaqdılar"
Bu gün Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusu heç şübhəsiz ki, aprelin 11-də ölkədə keçiriləcək prezident seçkiləridir. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, prezident seçkilərinə kifayət qədər böyük maraq var. Bu maraq həm daxildə, həm də xaricdə açıq şəkildə hiss edilir. Seçkiqabağı situasiyanı dəyərləndirmək üçün beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana səfər etmələri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətinin uzunmüddətli missiya ilə Azərbaycana gələrək burada namizədlərlə ayrı-ayrılıqda görüş keçirməsi və seçkiqabağı mühiti dəyərləndirməsi, eləcə də çoxlu sayda xarici müşahidəçinin seçki günü məntəqələrdə müşahidə aparmaq məqsədilə Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçməsi məhz 11 aprel prezident seçkilərinə olan beynəlxalq marağın göstəricisidir. Paralel olaraq qeyd etdiyimiz kimi daxildə də seçkilərə böyük maraq var. Həm ona yaxın şəxsin ölkənin bir nömrəli postu uğrunda gedən mübarizəyə qoşulması, həm də vətəndaşların seçki öncəsi ictimai-siyasi aktivliyinin artması belə deməyə əsas verir.
Ancaq birmənalı olaraq ortaya belə bir sual da çıxır ki, ölkədə normal seçki mühiti olduğu halda bəzi müxalifət partiyaları seçkilərdə iştirakdan niyə imtina etdilər? Xüsusilə, müxalifətin radikal qanadının seçki mübarizəsinə qoşulmasına nə mane oldu və onlar hansı zərurətdən boykot qərarı verdilər. Eyni zamanda radikalların boykot qərarının prezident seçkilərinin nəticələrinə hansısa formada təsiri olacaqmı? Millət vəklili Sahib Alıyev bunu radikalların məğlubiyyət qorxusu ilə əlaqələndirib. Həmçinin millət vəkili prezident seçkilərinə qatılan digər namizədlərin də səsvermənin nəticələrinə əsasən İlham Əliyevə uduzacaqları qənaətindədir. O, bildirib ki, İctimai Televiziyanın efirində 11 aprel seçkisiylə bağlı gedən bütün debatları izlədikdən sonra belə qənaətə gəlib: "Gəldiyim bəzi nəticələr var ki, qısaca onları qeyd edim. Birinci nəticə budur ki, debata qatılanların hamısı birgə bu seçkidə çox yüksək səs fərqiylə yenə də cənab İlham Əliyevə uduzacaqlar və bunu özləri də bilirlər. Çünki gördüyü işlər, atdığı addımlar, yeritdiyi siyasət və bütün bunların qarşılığı olaraq xalqımızın ona bəslədiyi rəğbət göz önündədir.
İkincisi, onu anladım ki, seçkini boykot edən müxalifətçi dərnək rəhbərləri də öz maraqları baxımından düzgün addım atıblar. Ona görə yox ki, onsuz da onlar da digər qatılanlar kimi indiki Prezidentə uduzacaqdılar. Sadəcə, boykotçular 20-30 il bundan öncə səsləndirdikləri kif iyi verən və artıq insanlarda ikrah doğuran fikirləri təkrarlamaqdan o yana keçməyəcəkdilər. Çünki heç bir alternativ proqram və planları olmayıb, yoxdur. Eyni zamanda da Qüdrət Həsənquliyevlə Zahid Orucdan fərli olaraq, ayrı-ayrı problemlərin həllinə yönəlmiş qərəzsiz və konstruktiv tənqid də onlarlıq deyil. Niyə? Birincisi, boykotçuların bağlı oduqları çevrələrin istək və tələbləri başqadır, ikincisi isə qərəzsiz tənqid yanılış və doğruluğundan asılı olmayaraq vətənə, dövlətə sevgidən doğur ki, onlarda belə bir keyfiyyət varsa da, bunu sezmək mümkün deyil". Sahib Alıyev deyib ki, hər iki boykotçunun intellektləri Sərdar Məmmədovun intelektindən aşağı olduğundan etdikləri populist çıxışlar da onunkundan zəif təsir bağışlayacaqdı: "Kütləyə təsir etmək, onun dilində xeyli dolaşacaq sözlər söyləməyə gəldikdə isə Hafiz Hacıyev onların hər birini kölgədə qoyur. Yəni seçkiyə gedib, debatda qatılıb oradakıların hamısının kölgəsində qalmaqdansa, "Məhsul" da az-çox bacardıqları mitinq biznesinə baş vurmaq boykotçular üçün daha sərfəli idi və onlar da bunu etdilər.
Üçüncüsü, debatın necə aparılmasıyla bağlı gəldiyim nəticədir. Əgər debatla bağlı qanunda nəzərdə tutulanlara ən çox əməl edən kim oldu sualı verilsəydi, mən ilk növbədə onu aparan Anar Yusifoğlunun adını çəkərdim. Səsini ucaltmadan, hər hansı bir kobudluğa yol vermədən aralarında populizmə və hətta epataja meylli, müxtəlif enerji və psixologiya daşıyıclarının debatını təşkil etmək heç də efirdən izlənildiyi qədər asan deyildir. Bunun necə çətin iş olduğunu uzun illər televiziyada çalışmış və bu ölkədə prezident seçkisiylə bağlı ilk teledebatları aparmış biri kimi mən az-çox bilirəm. Bilirəm və onu da görürəm ki, o zaman mənim buraxdığım səhvlərdən heç biri Anarda yoxdur.
Buna görə də onu təbrik edir, namizədlərə isə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Onların arasında qələbəsinə əmin olduğum, uğurlarının davamlılığını ən çox arzuladığım təbii ki, cənab İlham Əliyevdir. Çünki onun uğuru, ölkəmizin uğuru, və hər bir Azərbaycan vətəndaşının uğurudur".
Məhəmməd