Ölkənin boks ictimaiyyəti İlham Əliyevə səs verəcək
Azərbaycan Boks Federasiyasında (ABF) aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı iclas keçirilib. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, toplantıda ABF rəhbərliyi, milli komandaların məşqçilər korpusu və boksçular iştirak ediblər.
4 Aprel 2018 14:07 SiyasətAzərbaycan Boks Federasiyasında (ABF) aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı iclas keçirilib. "OLAYLAR" GİN-ə istinadən xəbər verir ki, toplantıda ABF rəhbərliyi, milli komandaların məşqçilər korpusu və boksçular iştirak ediblər.
Federasiyanın I vitse-prezidenti Ağacan Abiyev öncə seçkilər barədə ətraflı məlumat verib. O, aprelin 11-də baş tutacaq seçkilərdə hər bir Azərbaycan idmançısının iştirakının vacibliyindən söhbət açıb. Ardınca ABF kollektivi, Olimpiya, dünya və Avropa çempionatının mükafatçıları seçkilərdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər.
Vitse-prezident idmançılarımızın uğurlarının da İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində reallaşdığını qeyd edib. Abiyev dövlət başçısının təşəbbüsü ilə təkcə paytaxtda deyil, Bakıdan kənarda da idman komplekslərinin fəaliyyətə başlamasından və bunun faydasından danışıb. O bildirib ki, məhz bu uğurlu siyasət xalqımızın, gənc nəslin sağlam böyüməsinə hesablanıb. Yekunda yığmamızın aparıcı boksçuları, həmçinin A.Abiyev xalqımızı seçkilərə qatılmağa və güclü Azərbaycan naminə İlham Əliyevə səs verməyə çağırır.