Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir

Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Türkiyənin ədliyyə naziri Abdulhamit Gülün görüşü keçirilib.Nazirlikdən verilən məlumata görə, görüşdə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin ədliyyə tarixinə toxunaraq nazirliyin bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmasından və fəaliyyətindən bəhs edib, son illər ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan və yeniliklərdən danışıb, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakını, ötən il Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçdiyini xüsusilə vurğulayıb.

Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Türkiyənin ədliyyə naziri Abdulhamit Gülün görüşü keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin ədliyyə tarixinə toxunaraq nazirliyin bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmasından və fəaliyyətindən bəhs edib, son illər ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan və yeniliklərdən danışıb, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakını, ötən il Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçdiyini xüsusilə vurğulayıb.

Türkiyənin ədliyyə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin dünyada bənzəri olmadığını və bu əlaqələrin bütün sahələrdə durmadan inkişaf etdiyini söyləyib, xarici dövlətə ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edərək səfər zamanı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmasından şərəf duyduğunu söyləyib.Abdulhamit Gül Türkiyənin məhkəmə-hüquq sistemindən danışaraq aparılan islahatlar barədə məlumat verib, yaxşı təcrübələrin öyrənilməsinin faydasını qeyd edib. O, iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla inkişaf etdirilməsinə hazır olduğunu bildirib.

Söhbət zamanı ölkələrimizin hər zaman bir-birinin yanında olduğu vurğulanaraq qardaş ölkədə xalqın qəhrəmanlığı sayəsində qarşısı alınan 15 iyul hərbi çevriliş cəhdinin yaşandığı ağır günlərdə Azərbaycan xalqının və Prezidentinin Türkiyəyə dəstək göstərdiyi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyi xüsusilə vurğulanıb, Türkiyənin ədliyyə naziri 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edib, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri qətiyyətlə qınayıb.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, hüquqi yardımın səmərəliliyinin artırılması və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31