Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edildi
Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar. O, insan bədənindən kənarda ürək əzələ toxumasının döyünmə və azalmasını imitasiya edir. Alimlər buqələmunu müşahidə etdikdən sonra xüsusi optik struktura malik geldən istifadə etmək qərarına gələrək, onu hüceyrə mikroçipi üzərinə hopdurublar. Ürək əzələ hüceyrələri genişlənməyə və yığılmaya başlayan zaman isə gel buna uyğun olaraq öz rəngini dəyişib.
4 Aprel 2018 13:25 DünyaÇin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar. O, insan bədənindən kənarda ürək əzələ toxumasının döyünmə və azalmasını imitasiya edir.
Alimlər buqələmunu müşahidə etdikdən sonra xüsusi optik struktura malik geldən istifadə etmək qərarına gələrək, onu hüceyrə mikroçipi üzərinə hopdurublar. Ürək əzələ hüceyrələri genişlənməyə və yığılmaya başlayan zaman isə gel buna uyğun olaraq öz rəngini dəyişib. Dərmanların tətbiqindən sonra tədqiqatçılar çipin rənginə nəzər salmaqla nəbzin dəyişməsi və preparatın effektivliyi barədə fikir yürüdə bilərlər.
Gələcəkdə texnologiya bu və ya digər dərmanların müalicəvi təsirinin tədqiqi zamanı canlı orqanizmlər üzərində təcrübələrin aparılmasını əvəz edə bilər.