Azərbaycan Misir ədəbi əlaqələri müzakirə olundu - MİSİRDƏ

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov Misirdə Azərbaycan dili tədris olunan məşhur universitetlərindən olan Ayn Şəms Universitetinin dəvəti ilə “Misirdə şərq araşdırmaları: təşəkkülü və inkişafı” mövzusunda keçirilən konfransda məruzə ilə iştirak edib. Olaylar.az bildirir ki, konfrans çərçivəsində professor Ayn Şəms Universitetində Azərbaycan ədəbiyyatı və şərq dilləri, o cümlədən Azərbaycan Misir ədəbi əlaqələri haqqında çıxış edərək, Ərəb-Misir və Azərbaycan ədəbiyyatlarında ədəbi əlaqələrlə bağlı məsələlərə aydınlıq gətirməklə xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində olan Misir mövzusu barədə məlumatlar verib.

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov Misirdə Azərbaycan dili tədris olunan məşhur universitetlərindən olan Ayn Şəms Universitetinin dəvəti ilə "Misirdə şərq araşdırmaları: təşəkkülü və inkişafı" mövzusunda keçirilən konfransda məruzə ilə iştirak edib.

Olaylar.az bildirir ki, konfrans çərçivəsində professor Ayn Şəms Universitetində Azərbaycan ədəbiyyatı və şərq dilləri, o cümlədən Azərbaycan Misir ədəbi əlaqələri haqqında çıxış edərək, Ərəb-Misir və Azərbaycan ədəbiyyatlarında ədəbi əlaqələrlə bağlı məsələlərə aydınlıq gətirməklə xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində olan Misir mövzusu barədə məlumatlar verib. Mühazirə maraqla dinlənilmiş və mövzu ətrafında verilən suallara cavab vermişdir.

Konfrans zamanı Azərbaycan dili və ədəbiyyatının tədrisi və öyrənilməsinə diqqətin artırılması, Azərbaycan və Misir alimləri, universitetləri və elmi müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31