Qazaxda ağır yol qəzası baş verib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində ”Mercedes” markalı sərnişin avtobusu və ”Mercedes” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
4 Aprel 2018 13:36 SosialÖlən və yaralananlar var
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat başa çatıb.