Elxan Şahinoğlu: “Zatulin hər fürsətdə Azərbaycan cəmiyyətini aşağılamağa çalışır”

“Rusiya Azərbaycana göndərmək istədiyi səfirinin adını açıqlayıb. Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Bu Mixail Boçarnikovdur”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Rusiya Azərbaycana göndərmək istədiyi səfirinin adını açıqlayıb. Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Bu Mixail Boçarnikovdur". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, adı çəkilən diplomat bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub: "Bir az araşdırdım, Mixail Boçarnikov Rusiya-Qazaxıstan münasibətlərinin inkişafı üçün az iş görməyib. Ancaq onun verdiyi son müsahibədə bir fikir diqqətimi çəkdi, səfirin sözlərindən belə çıxırdı ki, Qazaxıstan rəhbərliyi bu ölkədə yaşayan rusdilli əhaliyə daha çox diqqət göstərməlidir. Yəni dolayısı ilə belə çıxırdı ki, rusiyalı diplomat Qazaxıstan prezidenti Nursultan Nazarbayevin milli siyasətindən narazıdır. Bu sözləri unutmayaq. Çünki bu diplomat Azərbaycana təyin olunduqdan sonra əlindən gələn hər şeyi edəcək ki, Rusiyanın ölkəmizə təsir imkanları azalmasın, bəlkə də artsın.

Musa Qasımlı: “Dövlət güclü olduqda hər şeyə qadirdir”

Azərbaycan Xarici İşlər Nazirliyinin yeni səfirlə bağlı mövqeyini bilmək maraqlı olardı, bu diplomatla bağlı problem yoxdur ki? Çünki ötən dəfə Moskva Azərbaycana elə birisini səfir təyin etmək istəyirdi ki, Gürcüstanda separatçılara açıq dəstək vermişdi. Beləsi erməni separatçılarına da dəstək verərdi. Bu səbəbdən rəsmi Bakı haqlı olaraq Moskvanın göndərmək istədiyi həmin diplomata aqreman vermədi. Məsələnin qəliz tərəfi həm də odur ki, Azərbaycana göndərilməsi planlaşdırılan Mixail Boçarnikovu Dövlət Dumasında Rusiya parlamentinin MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin təqdim edib.

Politoloq: “Kreml sahibi üçün səfər edəsi yer çox deyil”

Bu o Zatulindir ki, erməni işğalını dəstəkləyir, hər fürsət düşən kimi Azərbaycan cəmiyyətini və prezidentini aşağılamağa çalışır. Onun və Qarabağ məsələsində Ermənistana simpatiyası olan xarici işlər naziri Sergey Lavrovun Azərbaycana göndərmək istədiyi səfirdən şübhələnmək haqqımızdır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31