Politoloq: “Kreml sahibi üçün səfər edəsi yer çox deyil”

“Rusiya prezidenti Vladimir Putin prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Bu Putinin həm Türkiyə ilə münasibətlərə verdiyi dəyərlə bağlıdır, həm də doğrusu mövcud şərtlər daxilində Kreml sahibi üçün səfər edəsi yer də çox deyil”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Rusiya prezidenti Vladimir Putin prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Bu Putinin həm Türkiyə ilə münasibətlərə verdiyi dəyərlə bağlıdır, həm də doğrusu mövcud şərtlər daxilində Kreml sahibi üçün səfər edəsi yer də çox deyil". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Qərbin sanksiyaları Putinin yolunu bir çox Avropa ölkəsinə bağlayıb: "Türkiyədə isə "Akkuyu" kimi dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının təməl daşı qoyuldu, S-400 raketlərinin satışı da tamamlandı, üstəgəl Putin Rusiya qazını Türkiyəyə və oradan Avropaya daşıyacaq "Türk axını" boru xəttinin sürətli tikintisindən də razıdır. Ankara üçün vacib olan məqamlardan biri də Rusiyanın Türkiyə ordusunun Suriyada hərbi əməliyyata qarışmamasıdır. Ancaq Putin Ankaradakı ortaq mətbuat konfransında türkiyəli jurnalistlərdən birinin sualı üzərinə PYD və YPG-nin adını çəkməkdən yayındı, tam əksinə dedi ki, Suriyanın yenidən qurulmasında kürdlərin də rolu olmalıdır. Yəni bu cavab Ərdoğanı, türklər demişkən, təxmin etmədi. Olsun, əsas odur ki, Rusiya Amerika kimi Türkiyənin Suriyadakı hərbi əməliyyata mane olmaq istəmir. Ankaraya da elə bu lazımdır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31