Gündəm

Putin Ziyanın həbsindən bir həftə əvvəl Şoyquya nə tapşırıb?

4 Aprel 2018 13:01

Rusiyada ötən həftə sonu milyarder-oliqarx, çoxprofilli “Summa” şirkətlər qrupunun sahibi Ziyavuddin (Ziya) Maqomedovun qəfil həbsi ilə əlaqəli yeni təfərrüatlar məlum olub.

Polşa Rusiyaya qarşı yumşaldı

4 Aprel 2018 12:59

"Skripalın işi" ilə bağlı qalmaqal fonunda Polşa sözügedən məsələyə qarşı mövqeyində dəyişiklik edib. Məlumata görə, Avropa Parlamentinin Polşadan olan deputatı Yanuş Korvin-Mikke deyib ki, Rusiyanın bu işdə əli olduğunu araşdırmaq mənasız bir məşğuliyyətdir.

Arye Qut: "Xocalı soyqırımının günahkarları Ermənistanın rəhbərliyindədir və hələ də azadlıqdadır"

4 Aprel 2018 12:58

“Xocalı soyqırımının günahkarları Ermənistanın rəhbərliyindədir və hələ də azadlıqdadır”. Məlumata görə, bunu “Vestnik Kavkaza” nəşrinə müsahibədə beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.

Sabahın hava proqnozu açıqlandı

4 Aprel 2018 12:52

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq - VİDEO

4 Aprel 2018 12:49

ARB TV-nin "Günə doğru" verilişində sosial şəbəkələrdə təhqir edən şəxslər barədə maraqlı sujet yayımlanıb. Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır.

Abid Şərifov: "Bayılda sürüşmə zonasındakı 97 ev söküləcək, abadlaşdırma işləri görüləcək"

4 Aprel 2018 12:48

Bayılda sürüşmə zonasındakı 97 evdə məskunlaşan ailələr köçürülüb. Məlumata görə, bunu Baş nazirin müavini Abid Şərifov deyib. A.Şərifov qeyd edib ki, həmin ərazidəki 97 evdən 6-sı artıq tamamilə dağılıb: "Bu 6 ev biz ailələri oradan köçürəndən iki gün sonra uçulub. O evlərdə 32 nəfər yaşayırdı. Əgər ailələri vaxtında köçürməsəydik, ağır bir hadisənin şahidi olacaqdıq. Hazırda qalan evlər də çox qəzalı vəziyyətdədir. Çalışırıq ki, birinci mərhələdə 97 ailəyə birdəfəlik kompensasiya verək".

"Arvadımı döymüşəm, atasını da yandırmışam" - azərbaycanlı müğənni

4 Aprel 2018 12:43

"Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim". Məlumata görə, bu sözləri müğənni Əli Mirəliyev ARB TV-nin “Səhər-Səhər” verlişində deyib. 

Bakıda bankomatdan pul çıxaran qadına qarşı CİNAYƏT

4 Aprel 2018 12:38

Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Dünən saat 11:45 radələrində Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən, “Ayxan” marketin ön hissəsində quraşdırılmış “Kapital Bank”ın bankomatından pul çıxarmış qadının əlindən 110 manatı açıq talama yolu ilə alıb qaçan şəxs çox keçmədən yaxalanıb.

Ermənistan Rusiyadan çoxlu “İsgəndər” alıb Azərbaycanla sərhəddə yerləşdirəcəkmi?!

4 Aprel 2018 12:37

Ermənistan müdafiə naziri Vigen Sərkisyan Rusiyanın bu ölkəyə silah almaq üçün üçüncü kredit tranşı ayıracağı və həmin kredit çərçivəsində xeyli “İsgəndər” raketləri alınaraq guya Azərbaycanla sərhəddə yerləşdiriləcəyi haqda xəbərlərə münasibət bildirib. Sərkisyan bu xəbəri təkzib etməyib və deyib ki, Ermənistan “İsgəndər” komplekslərinin alınması çərçivəsində rusiyalı partnyorları ilə işi davam etdirir.

Bakıda İsveçrə vətəndaşı saxlanıldı: çantasından külli miqdarda valyuta çıxdı

4 Aprel 2018 12:34

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Husilərin lideri: Ər-Riyadı rus raketləri ilə vururuq

4 Aprel 2018 12:31

Səudiyyə Ərəbistanını İran raketləri ilə vurmuruq. Bunu “Frans 24” televiziyasına müsahibəsində husilərin lideri Məhəmməd Əli əl-Husi deyib. “Səudiyyə Ərəbistanına qarşı Rusiya və Koreya raketlərindən istifadə edirik. Biz bu raketləri təkcə istifadə etmirik, həm də modernizə və istehsal edirik.

Kremlin Bakını hədəf alan trolları: Feysbuk hərəkətə keçdi

4 Aprel 2018 12:29

Feysbuk Rusiya İnternet Tədqiqatları Agentliyinin (İRA) nəzarətdə saxladığı 138 səhifəni, 70 hesabı ləğv edib. Feysbuk rəhbərliyi həmçinin İnstaqramda da İRA-nın nəzarətində olan 65 hesabı bağlayıb. Sosial şəbəkə rəhbərliyi bu səhifələrin rus dilində olduğunu, Rusiya və dünyada yaşayan rusdilli əhaliyə yönəldiyini bildirib.

Kəlbəcərin işğalının 25 ildönümü ilə əlaqədar Azərbaycan səfirinin “The Washington Times” qəzetində məqaləsi çıxıb

4 Aprel 2018 12:26

Nüfüzlu “The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Kəlbəcərrayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş “Atamın dağları” (“My Father’s mountains”) adlı məqaləsi çap edilib.