Husilərin lideri: Ər-Riyadı rus raketləri ilə vururuq

Səudiyyə Ərəbistanını İran raketləri ilə vurmuruq. Bunu “Frans 24” televiziyasına müsahibəsində husilərin lideri Məhəmməd Əli əl-Husi deyib. “Səudiyyə Ərəbistanına qarşı Rusiya və Koreya raketlərindən istifadə edirik. Biz bu raketləri təkcə istifadə etmirik, həm də modernizə və istehsal edirik.

Səudiyyə Ərəbistanını İran raketləri ilə vurmuruq. Bunu "Frans 24" televiziyasına müsahibəsində husilərin lideri Məhəmməd Əli əl-Husi deyib. "Səudiyyə Ərəbistanına qarşı Rusiya və Koreya raketlərindən istifadə edirik. Biz bu raketləri təkcə istifadə etmirik, həm də modernizə və istehsal edirik.

İran bizi dəstəkləmir. Əgər İran bizi dəstəkləsəydi, indi Ər-Riyadda olardıq. İranın texnologiyasına sahib olsaydıq, onu düşmənə qarşı istifadə edərdik", - deyə o bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31