Bakıda bankomatdan pul çıxaran qadına qarşı CİNAYƏT

Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Dünən saat 11:45 radələrində Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən, “Ayxan” marketin ön hissəsində quraşdırılmış “Kapital Bank”ın bankomatından pul çıxarmış qadının əlindən 110 manatı açıq talama yolu ilə alıb qaçan şəxs çox keçmədən yaxalanıb.

Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Dünən saat 11:45 radələrində Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən, "Ayxan" marketin ön hissəsində quraşdırılmış "Kapital Bank"ın bankomatından pul çıxarmış qadının əlindən 110 manatı açıq talama yolu ilə alıb qaçan şəxs çox keçmədən yaxalanıb. Həmin şəxs ərazidəki mühafizə polisi tərəfindən təqib edilərək tutulub və 15-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə aparılan araşdırmalar zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1968-ci il təvəllüdlü Nuriyev Fətulla Yadulla oğlu olduğu məlum olub.

Araşırma aparılır. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31