Gündəm
Nazir: "Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb"
"Üç ay ərzində ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən 12,5% artıb". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Sahil Qasımov: “Hər kəs siyasi mübarizəni sivil yollarla aparmalıdır”
"Azərbaycandan xaricə mühacirət etmiş bəzi soydaşlarımızın son zamanlar sosial şəbəkələrdə söyüş və təhqir üzərində qurulan siyasi mübarizə taktikası təkcə Azərbaycanda deyil, Avropada yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub”.
Şamaxıda torpaq sürüşməsi aktivləşib, 7 ailə dağılan evini tərk edib
Şamaxı şəhərində yenidən aktivləşən torpaq sürüşməsi evlərin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Torpaq sürüşməsi əsasən Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb. Son vaxtlar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi geniş ərazini əhatə edib, nəticədə evlərdə iri çatlar əmələ gəlib.
Əbülfəs Qarayev: "Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər"
"Biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üstündə olsun. Amma dünya təcrübəsində mədəniyyət sektoru dövlətə gəlir gətirir".
Patruşev: “Bir sıra ölkələr dünyada prokuror və hakim roluna iddia edir”
“Bir sıra ölkələrin BMT-dən yan keçərək qanunsuz hərəkət etməsi cəhdləri sistemli xarakter alıb”. Məlumata görə, bunu VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Putin: “İŞİD hələ də destruktiv potensialını qoruyub saxlayır”
“Hərbi məğlubiyyətə baxmayaraq, İŞİD qruplaşması hələ də dünyanın müxtəlif regionlarında hücum etmək qabiliyyətinə malikdir. Ona qarşı mübarizə aparmaq üçün beynəlxalaq əməkdaşlığın yeni formaları haqqında fikirləşmək lazımdır”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin VII Moksva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına göndərdiyi məktubunda bildirib.
İranla Azərbaycan arasında son razılaşmalarının icrası ilə bağlı Bakıda danışıqlar aparılacaq
İran-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfəri zamanı iki ölkə arasındakı son razılaşmaların icrası ilə bağlı danışıqlar aparılacaq. Bunu APA-nın Tehran bürosuna açıqlamasında Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun həmsədri Salman Xudadadi deyib.
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb
Ərdoğan Putini güzəştə məcbur edir: Qafqazda dəyişiklik...
Türkiyə Rusiyanın hər zaman rəqibi olub. Bunu “Gazeta.ru” saytına açıqlamasında rusiyalı siyasi ekspert, türkoloq Yuri Mavaşev deyib. “İndiki zamanda Türkiyə Rusiyaya öz əməkdaşlığını çox baha qiymətə satacaq və Moskvanı böyük güzəştlərə məcbur edəcək. Bu, özəlliklə onlarla heç razılaşmadığımız sahələrdə olacaq.
Rusiyaya qarşı bircə sübutunuz varmı? – Laşet
Rusiyalı diplomatların “Skripal işi” ilə bağlı qovulması istiqamətində NATO ölkələrini həmrəyliyə çağırmaq üçün Solsberi hadisəsində Moskvanın iştirakını təsdiqləyən ən azı bir sübutun olması lazımdır.
Peyvənddən kənarda qalan uşaqlarla bağlı QƏRAR
Azərbaycanda peyvəndə cəlb edilməyən uşaqlar üçün immunlaşdırma həftəsinin keçirilməsi nəzərdə tutulur. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Baş həkim vəzifədən azad olundu
Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkim vəzifəsini icra edən Azad Novruzov öz xahişi ilə icraçı vəzifəsindən azad edilib. O, hazırda xəstəxanın cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
“Bakı məni heyran etdi”
Tanınmış Türkiyə aydınlarından olan məhşur yazar Tuncer Sümer Bakı səfəri ilə bağlı “Olaylar”a təəssüratlarını göndərib. Yazını elə Türkiyə türkcəsində təqdim edirik.
Azərbaycanda prezident seçkilərini müşahidə edən Bolqarıstan QHT-si aralıq hesabatını açıqlayıb
Mərkəzi Seçki Komissiyası tərəfindən 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün dəvət edilmiş Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GİSDİ) qeyri-hökumət təşkilatı bu günlərdə aralıq hesabatını açıqlayıb.














