Rusiyaya qarşı bircə sübutunuz varmı? – Laşet

Rusiyalı diplomatların “Skripal işi” ilə bağlı qovulması istiqamətində NATO ölkələrini həmrəyliyə çağırmaq üçün Solsberi hadisəsində Moskvanın iştirakını təsdiqləyən ən azı bir sübutun olması lazımdır.

Rusiyalı diplomatların "Skripal işi" ilə bağlı qovulması istiqamətində NATO ölkələrini həmrəyliyə çağırmaq üçün Solsberi hadisəsində Moskvanın iştirakını təsdiqləyən ən azı bir sübutun olması lazımdır. Bu sözləri Xristian-Demokrat Birliyinin sədr müavini Armin Laşet deyib. "Bütün NATO ölkələrini həmrəylik göstərməyə inandırdığınız zaman ən azı bir sübutunuz olmalıdır axı?" - Laşet qeyd edib. Laşet həmçinin britaniyalı ekspertlərin Skripalın zəhərləndiyi maddənin mənşəyini hələ də aşkar edə bilmədiklərini deyib.

Qeyd edək ki, Solsberi şəhərində Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsindən sonra bir çox ölkə rus diplomatlarını qovub. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31