Patruşev: “Bir sıra ölkələr dünyada prokuror və hakim roluna iddia edir”

“Bir sıra ölkələrin BMT-dən yan keçərək qanunsuz hərəkət etməsi cəhdləri sistemli xarakter alıb”. Məlumata görə, bunu VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Bir sıra ölkələrin BMT-dən yan keçərək qanunsuz hərəkət etməsi cəhdləri sistemli xarakter alıb". Məlumata görə, bunu VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələr uydurulmuş bəhanələrlə qanunsuz və BMT-nin beynəlxalq münasibətlərdə mərkəzi birləşdirici rolunu saymadan hərəkət etməyə cəhd edirlər: "Belə hallar son illər sistematik xarakter alıb. Bu xətt sözsüz ki, dünya düzənini destabilləşdirir, mövcud problemlərin həllinə maneə olur, müasir təhlükələrə və çağırışlara qarşı mübarizəni çətinləşdirir".

RF Təhlükəsizlik Şurasının katibi bir sıra ölkələrin dünya miqyasında "prokuror və hakim" roluna iddia etdiklərini də vurğulayıb.   Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31