Gündəm
Azərbaycan tibb elminə ağır itki üz verib
Azərbaycan tibb elminə ağır itki üz verib. AMEA-dan verilən məlumata görə, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.
“Aprel zəfəri Böyük Qayıdışın başlanğıcı” adlı tədbir keçirilib
"Loqos” un Azadlıq filialında “Aprel zəfəri Böyük Qayıdışın başlanğıcı” adlı tədbir keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə “Loqos” PNİM və PXTİB-nin rəhbəri Təranə Məmmədova, ASGA-nın sədri, “Şəhidliyin Rahim Tağıyev Zirvəsi” layihəsinin rəhbəri Səbuhi Abbasov, interpress.az saytının rəhbəri Toğrul Allahverdiyev, ASGA -nın sədr müavini Tural Əhmədov , gənc alim Cahid İsmayıloğlu , ARB24 kanalının çəkiliş qrupu və fəal gənclər iştirak ediblər.
Məktəblərarası intellektual oyun keçirilib
Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil olunub. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, “Vətəni tanı!” adlı yarışda Suraxanı rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Ermənilər 87 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Sosial yardımla yaşayan MƏŞHUR AKTRİSA
Məşhur aktrisa Daniella Vestbrok etdiyi estetik əməliyyatları nəticəsində bütün maddi sərvəti tükənib. Olaylar.az bildirir ki, bu haqda məlumatı aktrisanın dostları verib.
ABŞ – da Hərbi Helikopter qəzaya uğradı- İtkin düşənlər var
ABŞ Donanmasına aid sınaq uçuşu edən helikopter, dörd məsul şəxs ilə birlik də , Meksika sərhədində yerləşən PlasterCity yaxınlığında qəzaya uğrayıb.
Ləzzətli ispanaqlı börəyin asan HAZIRLANMA QAYDASI
Qızları bihuş edən dünyanın ən yaraşıqlı ƏRƏB KİŞİSİ HAMINI ŞOKA SALDI
Bir vaxtlar həddən artıq yaraşıqlı olduğu əsas gətirilərək ölkəsindən deportasiya edilməsi ilə populyarlaşan model, aktyor, fotoqraf və şair Ömər Borkan Əl Qala indi də sevgilisi ilə gündəmə gəlib.
Rusiyanın “S-400”ləri Türkiyəyə təhvil verəcəyi tarix açıqlandı
"Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksi müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcək".unu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib. Onun fikrincə, "S-400"lər ABŞ-ın "Patriot"lərindan daha təsirlidir: "S-400"lərlə Türkiyə ordusu daha güclənəcək".
Milli Şura terroru dəstəkləyir…
"Milli Şura" adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Uzun illərdir ki, Azərbaycanda görülən işlərə, həyata keçirilən irimiqyaslı layihələrə kölgə salmağa çalışan radikal müxalifət 2013-cü ildə "Milli Şura" adı altında birləşərək dövlətimizin nüfuzuna xələl gətirməyə çalışır.
Gəlinlə yanaşı toyda 249 nəfər zəhərləndi - Qırğızıstanda
Ötən həftə Qırğızıstanın paytaxtı Bişkekdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 249-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Həkimlərin sözlərinə görə, toyda cəmi 190 qonaq olub.
Almaniyada metro qəzası- 30 dan çox yaralı var
Almaniyanın Duisburg şəhərində baş verən metro qəzasında 2 - si ağır olmaqla, 30 - dan çox adam yaralanıb.
Zabil Müqabiloğlunun bacısı: "Dövlət qaçqınkomda mənə kömək edəcəklərini bildirdilər"
Araz Media" xəbər portalının redaksiyasına, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Fərhadova açıqlama verib. Sevinc Fərhadova açıqlamasında bildirmişdir ki, onu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini qəbul edərək, kömək edəcəyini bildirib. Qeyd edək ki, millət vəkili Əflatun Amaşov da, bir neçə gün öncə bu işlə əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri , Baş nazirin müavini cənab Əli Həsənovla görüşmüş, ona da mərhum jurnalistin bacısına tezliklə mənzil veriləcəyi bildirilmişdir. Əlacsız qalan Sevinc xanıma gözləmək qalır.
Almaniyanın ZDF telekanalı Ermənistanı ifşa etdi - YOXSULLUQ VƏ SƏFİLLİK
Almaniyanın ictimai televiziyası olan ZDF müasir Ermənistann ağır vəziyyəti və mövcud reallığı barədə reportaj hazırlayıb. "Soyqırımı, Dağlıq Qarabağ müharibəsi - insanlar bu kimi mövzuları Ermənistanla əlaqələndirirlər. Lakin gündəlik həyat bu cürdür: korrupsiyalaşmış siyasilər, tam yoxsulluq. Gənclər kütləvi şəkildə ölkəni tərk edirlər"-deyə reportajda qeyd olunur.
Musa Qasımlı: “Dövlət güclü olduqda hər şeyə qadirdir”
“Aprel döyüşləri müstəqillik dövrü hərb tariximizin parlaq səhifələrindən biridir”. Bunu millət vəkili Musa Qasımlı deyib.

.jpg)
.jpg)











