Gündəm

Politoloq: “Kreml sahibi üçün səfər edəsi yer çox deyil”

4 Aprel 2018 11:15

“Rusiya prezidenti Vladimir Putin prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Bu Putinin həm Türkiyə ilə münasibətlərə verdiyi dəyərlə bağlıdır, həm də doğrusu mövcud şərtlər daxilində Kreml sahibi üçün səfər edəsi yer də çox deyil”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı ŞOK ƏMƏL: görüşür, sonra... - İNANILMAZ TƏFƏRRÜAT

4 Aprel 2018 11:13

“Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləmiş 1979-cu il təvəllüdlü Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?

4 Aprel 2018 11:11

Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailədən olduğu məlum olub. O, “Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.

Tatlısəs binasını satışa çıxardı - 15 milyon dollara

4 Aprel 2018 10:47

Müğənni İbrahim Tatlısəs bir müddətdir ki, İzmirdə yaşayır. Şəhəri çox bəyənən sənətçi İstanbulla əlaqəsini tamamilə kəsmək niyyətindədir. Belə ki, Tatlısəs Seyrantəpədəki şirkətinin mərkəzi binasını satışa çıxarıb. O, bu bina üçün 15 milyon dollar istəyir. 

Hülya Avşar da filmi üçün bunu etdi

4 Aprel 2018 10:21

Müğənni-aktrisa Hülya Avşar ssenarisini yazdığı və rejissoru olduğu “Selfie” filminin afişası üçün fotokamera qarşısına keçib. 

Sənət Mərkəzində növbəti rəsm müsabiqəsi

4 Aprel 2018 10:19

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzi "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən "Bakı prosesi"nin 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində tələbələr və gənc rəssamlar arasında təsviri sənət üzrə “21 may Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsini elan edir.

Milli kinomuzun tarixi afişalarda...

4 Aprel 2018 10:00

Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

“Yutub”un ofisində atəş açan qadının şəxsiyyəti müəyyənləşdi - FOTO (YENİLƏNDİ)

4 Aprel 2018 09:57

ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib. ABC telekanalının verdiyi məlumata əsasən, həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub. Qeyd olunur ki, Aqdam atəşdən sonra intihar edib. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

Qız qalası mavi rənglə işıqlandırılıb

4 Aprel 2018 09:55

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Autizm Məlumatlandırma Günü çərçivəsində Qız qalası mavi rənglə işıqlandırılıb. “Mavi işıqla işıqlandır” (“Light It Up Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.

Şəkil çəkdirən Ərdoğandan maraqlı hərəkət: Putinin yanındakı qızı... - VİDEO

4 Aprel 2018 09:53

Rusiya Federasiyasının prezidenti Vladimir Putin aprelin 3-də Ankaraya işgüzar səfəri çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə foto çəkdirməsi zamanı maraqlı hadisə baş verib. Bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

Nəsib Nura yeni vəzifə verildi

4 Aprel 2018 09:51

“Xəzər FM” və 100.5 FM radiolarının rəhbəri Nəsib Nur yeni vəzifəyə təyin edilib. Aparıcı açıqlamasında bildirib ki, “Dalğa TV”yə yaradıcılıq üzrə rəhbər təyin edilib: “İş yerimiz “Xəzər Media Mərkəzi” olaraq qalır. “Dalğa TV” də həmin mərkəzə daxil olan bir qurumdur. Hazırda kanal formalaşmaq üzrədir. Mən də yaradıcılıq işlərinə və kanalın ümumi fəaliyyətinə məsul olacağam. Artıq bu gündən vəzifəmin icrasına başlamışam”.

Tanınmış aktrisa körpəsini itirdi

4 Aprel 2018 09:50

Ana olmağa hazırlaşan aktrisa Begüm Kütükün hamiləliyi yarımçıq sonlanıb. Karikaturaçı Erdil Yaşaroğlu ilə ailəli olan aktrisa hamiləliyinin 4-cü ayında körpəsini itirib. Oğlan övladı olacağını gözləyən cütlük hadisə səbəbindən stressə düşüb. Bir qədər əvvəl aktyor Ali Sunalla azərbaycanlı vəkil Nazlı Qurbanzadənin toyunda görüntülənən Begüm hamiləliyi ilə bağlı bunları demişdi:

Gənc Tamaşaçılar Teatrında növbəti tamaşa Aprel şəhidinə həsr edilib

4 Aprel 2018 09:46

Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşa nümayiş ediləcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq Artisti Vaqif Əsədovun quruluşunda baxılacaq səhnə əsəri Leyla Beyim və Yefim Abramovun eyniadlı əsərləri əsasında səhnələşdirilib.

İsrail l saytları ÇÖKDÜ - "Qəddarlıqlarınızı unutmayacağıq"

4 Aprel 2018 09:47

İsrailin bir sıra dövlət əhəmiyyətli saytları, o cümlədən Müəllimlərin Həmkarlar İttifaqının internet səhifəsi haker hücumuna məruz qalıb.

Qeyri-adi görünüşlü metro qatarı xəttə buraxıldı - FOTO​​​​​​​

4 Aprel 2018 09:43

Tokio metrosunun Qindza xətti üzrə qeyri-adi qatar istifadəyə çıxarılıb. Xətdə yapon albalısı ləçəkləri ilə örtülmüş çəhrayı sakuraların olduğu vaqonlar hərəkət edir.