Şəkil çəkdirən Ərdoğandan maraqlı hərəkət: Putinin yanındakı qızı... - VİDEO

Rusiya Federasiyasının prezidenti Vladimir Putin aprelin 3-də Ankaraya işgüzar səfəri çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə foto çəkdirməsi zamanı maraqlı hadisə baş verib. Bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin aprelin 3-də Ankaraya işgüzar səfəri çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə foto çəkdirməsi zamanı maraqlı hadisə baş verib.

Bu barədə "Zvezda" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, iştirakçılar xatirə fotosu çəkdirmək üçün yanaşı dayanıblar. Ərdoğan onun yanında bir neçə kişinin, Putinin yanında isə üç qadının dayandığını müşahidə edib. Belə olduqda Türkiyə lideri fotokadrın yaxşı alınması üçün xanımlardan birinin onun tərəfinə keçməsini xahiş edib.

Bundan sonra görüşün qadın iştirakçılarından biri Ərdoğanın sağ tərəfinə keçib və həvəslə fotoqraf qarşısında dayanıb.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31