Gündəm

Azərbaycan səfiri Kəlbəcər rayonunun işğal edilməsindən 25 il ötməsi ilə əlaqədar Amerika qəzetinə yazdı

4 Aprel 2018 09:41

Nüfüzlu “Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müəllifliyi ilə Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş “Atamın dağları” (“My Father’s mountains”) adlı məqaləsi çap edilib.

Teatrda yeni tamaşa hazırlanır

4 Aprel 2018 09:39

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın hazırlanmasına start verilmişdir. Kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov və rejissor assistenti Günay Qasımovadır.

“Adama” filmi nümayiş olunacaq

4 Aprel 2018 09:35

Aprelin 4-də “CinemaPlus Azerbaijan” kinoteatrında Fransanın Bakıdakı səfirliyi və Azərbaycan Fransız İnstitutu Simon Rubinin “Adama” animasiya filmini təqdim edəcək. Simon Rubi animasiya filmlərinin rejissorudur. “Adama” onun ssenari müəllifi Julyen Tilti ilə 2015-ci ildə ərsəyə gətirdiyi ilk animasıyasıdır.

Rusiya və Türkiyə “S-400”-lərin qiymətində razılığa gəldi

4 Aprel 2018 09:29

Moskva və Ankara “S-400” raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər. Bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.

“Anar Məmmədxanov. Kapitanın taleyi” kitabı təqdim edildi

4 Aprel 2018 09:27

Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Anar Məmmədxanov. Kapitanın taleyi” (“Anar Mamedxanov. Sudba kapitana”) adlı kitabın təqdimat mərasimi keçirilib.  “Bakılı oğlanlar” komandasının mərhum kapitanı Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimatında rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, səfirlər, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib

4 Aprel 2018 09:25

 Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib. Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli muğam ifaçısı Arif Babayevin ömür yolundan, muğam sənətinin inkişafındakı xidmətlərindən və özünəməxsus ifaçılıq üslubundan danışıb. Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb.

İlk dəfə səs verəcək gənclərlə maarifləndirici görüş - Mingəçevirdə

4 Aprel 2018 09:22

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yerli təşkilatının inzibati binasında prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin hüquqi maarifləndirilməsinə həsr olunan tədbir keçirilib. Olaylar.az bildirir ki, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov tədbiri giriş sözü ilə açaraq, ölkədə gənclər siyasəti ilə bağlı görülən işlərdən, qazanılmış uğurlardan danışıb, bu fəaliyyətin davamı olaraq ilk dəfə səs verəcək 2800 nəfər Mingəçevir gəncinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər görüldüyünü bildirib.

Yaşyarımlıq uşaq kanala düşdü - BƏDBƏXT HADİSƏ

4 Aprel 2018 09:19

Salyan rayonunda yaş yarımlıq körpə suda boğulmaq təhlükəsindən son anda qurtulub. Hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. Valideyn nəzarətindən kənarda qalan 2017-ci il təvəllüdlü Mirvari Elcan qızı Ümidova yaşadığı evin yaxınlığındakı su kanalına düşüb. Körpə sudan çıxarılsa da, hadisə yerinə gələn təcili yardım stansiyasının həkimləri tərəfindən ilk tibbi yardımdan sonra özünə gəlib.

Leyla Əliyeva film təqdimatında

4 Aprel 2018 09:18

 Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

“Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir 

4 Aprel 2018 09:17

Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd aprel döyüşlərini Qarabağ məsələsində dönüş nöqtəsi olaraq vurğulamaq və bu döyüşlərin nəticəsi olaraq qalib bir ordu pozisiyasına keçməyimizi bəyan etməkdir. O, tələbələrin bu tədbirdən ətraflı məlumat əldə edərək Azərbaycan tarixinin şanlı səhifəsi ilə qürur duyacaqlarını söyləyib.

Avropanın hava məkanı bağlandı

4 Aprel 2018 09:12

Avropada hava nəqliyyatında ciddi problem yaranıb. Aviasiya Nəzarət Mərkəzindəki (Eurocontol) kompüter sistemindən yaranan qəza ilə əlaqədar Avropa daxilində həyata keçirilməsi planlaşdırılan uçuşların yarısı təxirə salınıb.