“Anar Məmmədxanov. Kapitanın taleyi” kitabı təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Anar Məmmədxanov. Kapitanın taleyi” (“Anar Mamedxanov. Sudba kapitana”) adlı kitabın təqdimat mərasimi keçirilib.  “Bakılı oğlanlar” komandasının mərhum kapitanı Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimatında rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, səfirlər, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu "Anar Məmmədxanov. Kapitanın taleyi" ("Anar Mamedxanov. Sudba kapitana") adlı kitabın təqdimat mərasimi keçirilib.

"Bakılı oğlanlar" komandasının mərhum kapitanı Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimatında rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, səfirlər, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, "Bakılı oğlanlar" komandasının sabiq üzvü Murad Dadaşov Anar Məmmədxanov haqqında belə bir kitabın nəşrinin onu sevənlər üçün böyük hədiyyə olduğunu söyləyib.

Müəllif Elmira Axundova təqdimat mərasimində çıxış edərək bildirib ki, bu, Anar Məmmədxanovla bağlı nəşr edilən dördüncü kitabdır. Elmira Axundova kitabın ərsəyə gəlməsində ona göstərdikləri köməyə görə Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovaya və bacısı Naidə Məmmədxanovaya təşəkkür edib. İki ildən sonra Anar Məmmədxanovun əlli yaşının tamam olacağını qeyd edən E.Axundova onun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulayıb.

Xalq Yazıçısı Anar çıxışında bildirib ki, Anar Məmmədxanovla bağlı belə bir kitabın yazılması cəmiyyətimiz üçün töhfədir. Belə ki, Anar Məmmədxanov kimi yüksək təşkilatçılıq qabiliyyətinə malik, istedadlı bir insanı yaxından tanımaq gənclərimiz üçün çox faydalıdır. Elmira Axundova kitabda bununla bağlı nə lazımdırsa təqdim edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Anar Məmmədxanov, "Bakılı oğlanlar"ın fəaliyyəti, Moskvada qazandıqları qələbələr barədə xatirələrini bölüşüb. O, belə bir kitabı ərsəyə gətirdiyi üçün Elmira Axundovaya təşəkkür edib.

Anar Məmmədxanovun bacısı, professor Naidə Məmmədxanova qardaşının keçdiyi ömür yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb. 

"Bakılı oğlanlar" komandasının keçmiş üzvləri Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digərləri Anar Məmmədxanovla bağlı hazırladıqları, indiyə qədər yayımlanmamış görüntüləri təqdim edib, təəssüratlarını bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31