Omanın "SalamAir" büdcə aviaşirkəti iyunun 14-dən başlayaraq yay uçuş cədvəli çərçivəsində Maskat-Bakı reyslərini işə salacaq.
Uçuşlar sentyabrın 5-dək həftədə iki dəfə həyata keçiriləcək.
Qeyd olunur ki, Maskatdan təyyarə çərşənbə axşamı və cümə axşamı günləri saat 23:05-də, Bakıdan çərşənbə və cümə günləri saat 03:20-də yola düşəcək. Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31