Gündəm

“Instagram” xidməti “Apple Watch” saatlarında əlçatmaz olacaq

3 Aprel 2018 19:30

"Instagram" servisi "Apple Watch" smart saatlarında öz dəstəyini dayandırır. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər. ABŞ şirkətinin "ağıllı" saatlarında sözügedən servisin populyarlığı çox aşağıdır.

“SpaceX” şirkətinə peyk internetinin yaradılması üçün icazə verilib

3 Aprel 2018 19:20

ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinin bir neçə min kompakt peykdən ibarət “Starlink” peyk şəbəkəsinin işə salınması və istifadəyə verilməsi üçün müraciətinə müsbət cavab verib. Şirkət şəbəkə vasitəsilə ABŞ daxil olmaqla dünyada istifadəçilər üçün internetə çıxış imkanı yaratmağı planlaşdırır.  

“Apple” korporasiyası “Intel” şirkətinin prosessorlarından imtina edir

3 Aprel 2018 18:55

“Bloomberg” nəşrinin məlumatına görə, 2020-ci ildən etibarən “Apple” şirkəti onun istehsalı olan kompüterlərdə öz prosessorlarını tətbiq edəcək. Beləliklə, ABŞ korporasiyası 2006-cı ildən noutbuk, monoblok və masaüstü fərdi kompüterlərdə istifadə etdiyi “Intel” şirkətinin prosessorlarından imtina edə bilər.

Süni intellektin insanı əvəz edəcəyi vaxt bəlli olub

3 Aprel 2018 18:50

Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək. Bu haqda Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk “RİA” xəbər agentliyinə deyib.

“5G” texnologiyası operatorlara mədaxili artırmağa kömək edəcək?

3 Aprel 2018 18:45

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) böyük perspektivlər açmasına baxmayaraq onun texnologiyanın işə salınacağı ilk illərdə operatorların gəlirlərinə təsirinin zəif olacağını proqnozlaşdırır.

Tiklər genetik səbəblərdən yaranır?

3 Aprel 2018 18:40

Ani, istənmədən baş verən və təkrarlanan refleks hərəkətləri tik adlanır. Bu, eyni zamanda, əzələ sıxılması ilə müşahidə olunan psixoloji narahatçılıq səbəbindən irəli gələn problemdir. Tiklərin yaranmasına həddindən artıq stress, qorxu, uşaq yaşlarında yaşanan xoşagəlməz hadisələr, yüksək hərarətli infeksion xəstəliklər, beyində yaranan bəzi orqanik xəstəliklər səbəb ola bilər. Problem genetik səbəblərdən də meydana çıxa bilər. Onu da qeyd etmək lazımdır ki, valideynlər tərəfindən hədsiz psixoloji yüklənmələr uşaqlarda problemin yaranmasına və mövcud narahatçılığın daha da dərinləşməsinə səbəb olur.

Açıqlandı: İnsan immuniteti idarə etməyə qadirdir

3 Aprel 2018 18:35

İnsan xüsusi hərəkətlərin köməyi ilə öz immunitetini idarə edə bilər. Redbaud Universiteti Tibb Mərkəzinin mütəxəssisləri öz həmvətənləri holland Vim Hof fenomenini öyrənməklə belə qənaətə gəliblər.

Hər gün duş qəbul etmək zərərlidirmi?

3 Aprel 2018 18:30

Alimlər on illərlə hər gü və günün hansı saatlarında duş qəbul etməyin faydaları barədə araşdırmalar aparıblar. Bəzi mütəxəssislər hər gün duş qəbul etməyin dəridə gizlənən bakteriya və mikrobardan xilas olması üçün faydalı olduğunu, digərləri isə bədənin iki gün ardı-ardına duş qəbul etməyini zərərli sayırlar. Uzun illərin araşdırmaları günün hansı saatında duş qəbul etməyin nələrə səbəb olduğunu təsdiq edib.

Boğazda quruluq nəyin əlaməti sayılır?

3 Aprel 2018 18:25

Terapevtlər boğazda quruluğun müxəlif xəstəliklər səbəbindən əmələ gəldiyini deyirlər. Onların sözlərinə görə bu adi infeksiya xəstəliyindən tutmuş, ağır xəstəliklərin belə patoloji əlaməti hesab edilə bilər. Dizqnozu mütləq həkim təyin edir, amma boğazda quruluğa hansı xəstəliklərin səbəb ola biləcəyini mən sizlərlə bölüşmək istəyirəm.

Halit Ergenç 1 milyon dollarını itirdi

3 Aprel 2018 18:23

Aktyor Halit Ergençin 2014-cü ildə 1 milyon dolar yatıraraq açdığı sosial şəbəkə tətbiqetməsi "Pondr" bağlanıb.   "Pondr" izləyicilər tərəfindən gözlənilən marağı görməyib. Qohumu Aziz Akgüllə birgə həyata keçirdiyi "Pondr" (dərin düşüncə) adlı ağıllı telefon tətbiqetməsinin iflasına isə oxşar xüsusiyyətləri "Facebook", "Tvitter" və "İnstagram" sosial şəbəkələrinin də həyata keçirməsi səbəb olub. Bununla da aktyor 1 milyon dollarını itirib. 

Bu 6 vasitə maddələr mübadiləsini sürətləndirir!

3 Aprel 2018 18:20

Məlum olduğu kimi, artıq çəki çox vaxt maddələr mübadiləsinin sürəti ilə bağlıdır. Bəs metabolizmi necə sürətləndirmək və arıqlamaq olar? 

Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edilib

3 Aprel 2018 18:15

Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar.

Fransa azərbaycanlıları antimilli qüvvələrə etiraz edir

3 Aprel 2018 18:14

Avropadakı bəzi azərbaycanlı mühacirlərin sosial şəbəkələrdəki çıxışlarında Azərbaycan iqtidarına qarşı təhqiramiz ifadələr işlətməsi yolverilməzdir. Bunu Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib.