Açıqlandı: İnsan immuniteti idarə etməyə qadirdir
İnsan xüsusi hərəkətlərin köməyi ilə öz immunitetini idarə edə bilər. Redbaud Universiteti Tibb Mərkəzinin mütəxəssisləri öz həmvətənləri holland Vim Hof fenomenini öyrənməklə belə qənaətə gəliblər.
3 Aprel 2018 18:35 Sosialİnsan xüsusi hərəkətlərin köməyi ilə öz immunitetini idarə edə bilər. Redbaud Universiteti Tibb Mərkəzinin mütəxəssisləri öz həmvətənləri holland Vim Hof fenomenini öyrənməklə belə qənaətə gəliblər.
V.Hof çox aşağı temperatura davam gətirmək qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb. O, özünün işləyib hazırladığı tənəffüs və meditativ hərəkətlər metodikası sayəsində şaxtaya davamlı olub.
Matthiys Koksun rəhbərliyi altında alimlər könüllülərdən ibarət iki qrupun iştirakı ilə eksperiment aparıblar. Qruplardan biri V.Hofun metodu ilə məşq edib, digəri isə adi həyat tərzi keçirib. Eksperimentdən sonra "soyuqdəymə testi" keçirilib. Test göstərib ki, birinci qrupun iştirakçılarının soyuqdəymə xəstəliklərinə tutulma halları xeyli aşağıdır. Onların qanında interleykin zülalının miqdarı yüksəlib (bu zülal soyuqlama proseslərinə müqavimət göstərir), iltihab indikatoru olan zülalların miqdarı isə aşağı düşüb. Sia.az