Gündəm
“Google” şirkəti “Android” mobil əməliyyat sistemində 300-dən çox boşluğu aradan qaldırıb
“Google” şirkəti tərəfindən “Android” mobil əməliyyat sistemi üçün buraxılmış yeniləmədə ümumilikdə 312 boşluq düzəldilib. Kritik təhlükəli kimi qiymətləndirilmiş 9 boşluq hakerə məsafədən istənilən kodu icra etməyə imkan verir. Bu halda 287 problem yüksək təhlükə dərəcəsinə malik kimi qiymətləndirilib.
“Taliban”ı çökdürdülər - Bir gündə 18 komandirini itirdi
Əfqanıstan təyyarələrinin Kunduz əyalətinə endirdiyi zərbələr nəticəsində “Taliban” terror təşkilatının 18 komandiri zərərsizləşdirilib. Məlumata görə, ötən gün bölgədə yerləşən mədrəsə və onun ətrafının bombardman edilməsi nəticəsində onlarla şəxs həlak olmuşdu. Bu gün həlak olanların “Taliban” mənsubları olduğu açıqlanıb.
Şvartsenegger həkimlərə təşəkkür etdi
Aktyor Arnold Şvartsenegger açıq ürək əməliyyatı edən həkim və tibb bacılarına təşəkkür edib. Məlumata görə, bu barədə məşhur aktyor Twitter-də yazıb. "Bu doğrudur: mən geri döndüm! Mən oyandım və bunun üçün minnətdar olmalıyam. Həkimlər və tibb bacılarına təşəkkür edirəm", deyə Şvartsenegger bildirib.
""Göydə Allahdır, yerdə sən" minlərlə ananın bu duası məni yaşadacaq" - Dünyasını dəyişən Səbinə Mirzəyeva - VİDEO
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq Səbinə Mirzəyeva bu gün dünyasını dəyişib. Xanım ginekoloq bir neçə ay öncə ATV-də yayımlanan "Zərif Qəhraman" verilişində qonaq olub. O, verilişdə həyat yolundan danışıb.
Türkiyədə "Akkuyu" AES-in təməlqoyma mərasimi keçirilib
Türkiyənin Mersin vilayətində "Akkuyu" atom elektrik stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib. Məlumata görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə iştirak ediblər. Türkiyə və RF hökumətləri arasında "Akkuyu" AES-in tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb.
Dövlət Komitəsi məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğınla bağlı araşdırma aparır
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini və müvafiq şöbələrin rəhbərləri yanğın baş verən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazidədirlər. Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. E. Qədimov deyib ki, həmin ərazidə müvafiq araşdırma işləri aparılır və çox qısa zamanda müvafiq tədbirlər görüləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial yardım almaq istəyənlərə müraciət edib
“Artıq iki ildən çoxdur ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı mexanizmi avtomatlaşdırılmış sistem (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərində fəaliyyət göstərir. Ötən müddətdə bu elektron sistem dövlət sosial yardımı sahəsində məmur-vətəndaş kontaktları, ümumən insan amilinin iştirakı mümkün olmayan, şəffaf, eyni zamanda vətəndaşların istifadəsi üçün sadələşdirilmiş bir sistemin formalaşmasına imkan verməklə, gözlənilən səviyyədə özünü doğruldub”.
Ceyhun Bayramov: "İngilis dili üzrə şəhər və ucqar kənd şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil"
Monitorinq imtahanlarında qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə "siz necə düşünürsüz" tipli suallarda imtinaların sayı daha yüksək- 70 %-dir.
Ukrayna azərbaycanlıları:"Bəzi soydaşlarımız fərqində deyillər ki..."
Ukraynadakı soydaşlarımız adından bəyanatla çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Avropa ölkələrinə mühacirət etmiş bəzi azərbaycanlıların ölkəmizin imicinə xələl gətirmək cəhdlərini pisləyiblər.
I Divizionda XXII turun oyun cədvəli müəyyənləşib
Futbol üzrə Azərbaycan I Divizionunda XXII turun oyun cədvəli müəyyənləşib. SİA oyun cədvəlini nəzərinizə çatdırır:
Hindistanda meymun uşağı qaçırıb öldürdü
Hindistanın Orissa ştatında meymun yeni doğulan körpəni qaçırıb. Məlumata görə, meymun daha sonra uşağı quyuda boğub. Uşağın anası qeyd edib ki, meymun qəflətən uşağı götürüb və evin damına qalxıb. Qısa müddət ərzində meymun oradan uzaqlaşıb. Bir müddət uşağı axtarsalar da, axtarışlar nəticə verməyib.
“Qəhrəmanlarımız qan yaddaşımızdır”
Norveçli əfsanəvi idmançı karyerasını başa vurdu
Biatlon üzrə norveçli 8 qat olimpiya çempionu Ule Eynar Byorndalen karyerasını başa vurub. Bu barədə 44 yaşlı idmançı keçirdiyi mətbuat konfransında açıqlama verib. Ule Eynar Byorndalen həm də 20 qat dünya çempionu və 6 dəfə "Böyük büllur qlobus"un sahibidir.
Mühafizə şirkətinin direktoru 15 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində "Qala BTX" MMC özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Hüseynov 15 il müddətinə azadlıqdan məhrum edilib.














