Gündəm

Putin Ankaraya gəldi: Ərdoğanla görüş

3 Aprel 2018 17:13

Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəlib. Putini Əsənboğa hava limanında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və digər rəsmi şəxslər qarşılayıb. Rəsmi qarşılamadan sonra Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün prezident iqamətgahına yollanıb.

Mehmet Ali Erbilə ağır itki üz verdi

3 Aprel 2018 17:12

Şoumen Mehmet Ali Erbilin ailəsinə itki üz verib.  Şoumenin 1980-ci ildə ailə qurduğu ilk xanımı Muhsinə Kamiloğlunun atası dünyasını dəyişib.

Ölkədə aparılan notariat hərəkətlərinin sayı 3,2 dəfə çoxalıb

3 Aprel 2018 17:10

İqtisadi inkişafın təzahürü olaraq ölkədə aparılan notariat hərəkətlərinin sayı ötən il artaraq 3,9 milyona çatıb, bu əməliyyatlarla bağlı qanunvericiliklə nəzərdə tutulmuş ödənişlərin məbləği isə əvvəlki illərlə müqayisədə 3,2 dəfə çoxalaraq 43 milyon manat təşkil edib.

Tağıyev qəsəbəsində 1 nəfər süni göldə batıb

3 Aprel 2018 17:09

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Türkiyədən “Süleyman Şah” HƏMLƏSİ – Düşməni şoka salacaq əməliyyatın DETALLARI

3 Aprel 2018 16:57

Süleyman Şah Türbəsi öz əvvəlki yerinə köçürüləcək. Bunu Türkiyənin Baş nazirinin müavini Fikri İşık “TRT Haber” telekanalının canlı yayımında deyib. “Süleyman Şah Türbəsi müvəqqəti olaraq danışıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, – o bildirib.

“Xəbər gəldi ki, can verir, onun da qəbrini qazın” - Lənkərandan reportaj

3 Aprel 2018 16:56

..Yas mərasiminə gələnlərin ardı-arası kəsilmir. Hamı azacıq da olsa Aslanovlara təskinlik verməyə çalışır. Martın 31-də Lənkəranda baş vermiş  dəhşətli qəzanın şokundan ayılmayıb hələ Ləj kəndi. Nəinki 7 üzvünü itirmiş bu ailəyə, həm də bir-birinə təskinlik verir kənd camaatı.

"Azərbaycanda seçki prosesi dünyada nümunə ola biləcək səviyyədə keçirilir"

3 Aprel 2018 16:52

“Azərbaycanda seçki prosesi dünyada nümunə ola biləcək səviyyədə keçirilir”.  Bu barədə sechki-2018.az saytına açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

"Borussiya" isveçrəli mütəxəssisi gözaltı edib

3 Aprel 2018 16:50

"Borussiya Dortmund" mövsümün sonunda baş məşqçi Peter Ştöqerlə yollarını ayırmağı planlaşdırır. Onu əvəzləməyə ən real namizəd Lüsyen Favrdır. İsveçrəli mütəxəsis hazırda "Nice" klubunu çalışdırır. Onun müqaviləsində anlaşmanın pozulması üçün 3 milyon avro təzminat bəndi var.

Məhkəmə Bülent Ersoyu cəzalandırdı

3 Aprel 2018 16:49

Müğənni Lerzan Mutluya "Sənin canlı efirinə hücum edərəm" deyərək hədələyən Bülent Ersoyun məhkəməsi yekunlaşıb. Tərəflərin qatılmadığı məhkəmə Ersoyu cəzalandırıb. 

Afrinin “milli ordu”su yaradıldı

3 Aprel 2018 16:47

Suriyanın Afrin rayonunun terrorçulardan azad edilməsindən sonra Azad Suriya Ordusuna daxil olan müxtəlif qruplar “milli ordu”nun tərkibində birləşib. Məlumata görə, hazırda bölgədə təhlükəsizliyi daha əvvəl Türkiyə tərəfindən yaradılmış yerli polis təmin edir.

Latviya millisində baş məşqçi istefası

3 Aprel 2018 16:45

Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib. Bu barədə Latviya Futbol Federasiyasının rəhbərliyi qərar qəbul edib. İstefaya milli komandanın bir neçə gün öncə Cəbəllütariq yığmasına 0:1 hesablı məğlubiyyəti səbəb göstərilir.

SON DƏQİQƏ: Hərbi təyyarə qəzaya uğradı

3 Aprel 2018 16:43

Myanmada təlim zamanı hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub.

Qəfil ölən ginekoloqla bağlı aparıcıdan KÖVRƏLDƏN ETİRAF: Zəng etdi ki ... - VİDEO 

3 Aprel 2018 16:43

40 yaşı yeni tamam olmuş ginekoloq Səbinə Mirzəyevanın bu gün ölüm xəbəri eşidən hər kəsdə şok effekti yaradıb. "Səni axtarıram"ın aparıcısı Xoşqədəm Hidayətqızı verilişinə məhz bu üzücü xəbərlə başlayıb.

Qız qalasını belə görmədiniz - FOTO

3 Aprel 2018 16:31

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Autizm Məlumatlandırma Günü çərçivəsində Qız qalası mavi rənglə işıqlandırılıb. “Mavi işıqla işıqlandır” (“Light It Up Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.