Latviya millisində baş məşqçi istefası
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib. Bu barədə Latviya Futbol Federasiyasının rəhbərliyi qərar qəbul edib. İstefaya milli komandanın bir neçə gün öncə Cəbəllütariq yığmasına 0:1 hesablı məğlubiyyəti səbəb göstərilir.
3 Aprel 2018 16:45 İdmanLatviya yığmasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib. Bu barədə Latviya Futbol Federasiyasının rəhbərliyi qərar qəbul edib. İstefaya milli komandanın bir neçə gün öncə Cəbəllütariq yığmasına 0:1 hesablı məğlubiyyəti səbəb göstərilir.
2011-12-ci illərdə "Bakı"nın baş məşqçisi olmuş Starkov 2017-ci ildən Latviya yığmasının "sükanı arxasında" idi. O, ölkəsinin millisinin 2001-2004 və 2007-13-ci illər aralığında da çalışdırıb. Latviya yığması iyunun 9-da doğma meydanda Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək. Goal.az