Gündəm
Oğuz - türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala - şəhər yadigarı
Problemə tarixi zəmində aydınlıq gətirmək üçün haqqında söhbət gedəcək "Aza ölkəsi"nin əhalisi, tarixi coğrafiyası və onun B. B. Piotrovskinin "yerli əhali" dediyi sakinlərinin etnomənsubiyyətləri barədə söyləyəcəyimiz qısa fikir Azərbaycan türklərinin Ön Qafqaz tarixi üçün elmi dəyərə malikdir.
DİM sədri: “Monitorinq imtahanlarında riyaziyyat üzrə müsbət dinamika müşahidə olunmur”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının bu gün keçirilən iclasında monitorinq imtahanları ilə bağlı müzakirə aparılıb. DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur.
Prezident İlham Əliyev misirli həmkarını təbrik edib
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna qədim çap kitabı və əlyazmalar daxil olub
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan 9 ədəd yeni qədim çap kitabı və əlyazma daxil olub. Yeni əlyazmalar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əldə olunaraq fonda hədiyyə edilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ən uğurlu cəhətlərindən biri bölgələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi oldu. Proqramın icrasının 14 ili ərzində bu sahənin inkişaf etdirilməsi daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potesialımızın artmasına da imkan yaratdı. Hazırda bu sahədə mövcud olan vəziyyət belə deməyə əsas verir.
Alimlər “X planeti”ni ittiham edir – “Dünyada kütləvi məhvolmalar başlayıb…” – FOTOLAR
ABŞ-ın Arkanzas Universitetindən olan alimlər Yer kürəsində baş verən kütləvi məhvolmaların səbəbini araşdırıblar. Onların fikrincə, bunun səbəbi Yerin ətrafında hərəkət edən “X planeti”dir.
AzTU aprel şəhidinin ildönümü qeyd edib
Sumqayıt şəhərində Aprel döyüşləri zamanı şəhid olan AzTU-nun “Elektrotexnika və energetika” fakültəsinin məzunu Axundov Əbdülməcid Nadirşah oğlunun ildönümü qeyd olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, anım tədbirində Şəhidin doğmaları və döyüş yoldaşları, Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı “Elektrotexnika və energetika” fakültəsinin dekanı, professor Mahir Bəşirov, “Elektromexanika və elektrik avadanlığı” kafedrasının müdiri, dosent Hikmət Əliyev, həmçinin Əbdülməcidin bir vaxtlar təhsil aldığı fakültənin tələbələri iştirak edib.
“AppLab” proqramının iştirakçıları gənc developerin uğur hekayəsini dinləyib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün innovativ “AppLab” inkişaf və inkubasiya proqramının iştirakçıları ilə ölkənin ən uğurlu gənc developerlərindən və startap yaradıcılarından biri olan Toğrul Səmədin görüşünü təşkil edib.
Bakıda Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumu keçiriləcək
Cari ilin sentyabr ayında Bakıda Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq aprelin 4-də anlaşma memorandumu imzalanacaq.
Arzu Rəhimov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov parelin 19-da Xidmətin Samux rayon bölməsində Gəncə, Mingəçevir, Naftalan şəhərləri və Samux, Goranboy, Göygöl, Daşkəsən rayonları sakinlərinin qəbulunu həyata keçirəcək.
Sabahın havası
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Ankarada Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhanin Ankarada Suriya ilə bağlı keçirəcəkləri görüşün təhlükəsizliyini 4 min polis əməkdaşı təmin edəcək.
Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 49 nəfər müşahidə edəcək
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək. Bu barədə qərar Qazaxıstan MSK-nın iclasında qəbul edilib.
Fransanın Reyunyon adasında vulkan püskürdü
Hind okeanında Fransaya məxsus Reyunyon adasında Piton-de-la-Furnez vulkanı püskürməyə başlayıb. Vulkan səhər saatlarından etibarən fəallaşıb. Ada rəhbərliyi sakinlərin təhlükəsizliyi məqsədilə fövqəladə vəziyyət xəbərdarlığı elan edib. Vulkanın ətraf bölgələrinə gediş-gəliş məhdudlaşdırılıb.
Polisdən sürücülərə XƏBƏRDARLIQ: "Elə bilirlər kamera ilə çəkməklə..."
Son zamanlar sürücülər tərəfindən Yol Patrul Xidməti (YPX) əməkdaşlarının fəaliyyətinin video şəklində qeydə alınaraq, sosial şəbəkələrdə yerləşdirilməsi halları artıb.






.jpg)







