Gündəm
Xızıda qoyun oğrusu tutulub
Qoyun oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də Elnur Hüseynova məxsus 42 baş qoyunu oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqla məşğul olan 4 yeniyetmə ələ keçib
Oğurluqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 18-dən martın 19-dək olan müddətdə rayon ərazisindəki orta məktəblərin birindən, 4 mağazadan, 1 gözəllik salonundan və 1 aptekdən, habelə paytaxt sakini olan 1 qadının pulqabısından pul, noutbuk və planşet oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb.
Xalq artistinin həyat yoldaşı - foto
Ov tüfəngini polisə könüllü təhvil verib
Nardaran qəsəbə sakini Zülfüqar Əliyevdə müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Zülfüqar Əliyev müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Cavanşir Məmmədov: "Anamı 2-ci dəfə evləndirmək istədim”- VİDEO
ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı Əməkdar artisti Cavanşir Məmmədov olub. Əməkdar artist nəyə görə anasının ikinci dəfə ailə qurmasını istəməsindən danışıb: "Mən o vaxt orta məktəbi bitirdim.
Cinayətkar dəstə üzvləri ifşa edilib
Oğurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib.
Avtomobil piyadanı vurub öldürdü
Suraxanı rayonunun Bülbülə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 2-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini İsa Əlizadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Qadının qulağından sırğanı dartıb qaçan şəxs tutulub
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində naməlum şəxsin qadına qarşı zor tətbiq edərək qızıl əşyasını alması barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Valyuta mübadiləsi ilə bağlı yeni tələblər müəyyən ediləcək
Milli Məclisin aprelin 3-də keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub.“Olaylar” xəbər verir ki, Azərbaycanda valyuta mübadiləsi ilə məşğul olanlarla bağlı yeni tələblər müəyyənləşdiriləcək.
Tibbi sığorta ilə bağlı şərtlər sərtləşdirilir
Milli Məclisin aprelin 3-də keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub. “Olaylar” xəbər verir ki, layihəyə əasən, tibbi sığorta sistemində tərəflərin məsuliyyəti dəyişdiriləcək.
DİQQƏT! Artıq “Whatsapp” yazışmaları 3-cü şəxs tərəfindən oxunur – VİDEO
ARB TV-nin “Günə doğru” verilişində “WhatsApp”da olan məlumatların oğurlanması barədə sujet efirə gedib.
Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Aprelin 3-də Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Təhsil və Vergilər nazirliklərinin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.
Ölüm xəbəri yayılan Səbinə Mirzəyeva kimdir? - FOTOLAR
Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir
Aprelin 3-də Dini Qurumlaqrla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə adıçəkilən muzeydə “Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
“Bir nəfər mənə göstərsin ki, bu iqtidarın xeyrini görməyib”
Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. Millət vəkili, Vəhdət partiyasının sədri Tahir Kərimli müxalifəti tənqid edib: “Burada mənim o vaxtki hakimiyyət yoldaşlarımdan var.













