Gündəm

Şimali Koreya dünyaya açılır

3 Aprel 2018 15:11

Dünyada bir birindən maraqlı proseslər baş verir. Bir çox regionlarda münaqişələr, şiddətli qarşıdurmalar yaşandığı halda, bəzi regionlarda isə illərdir bir-birinə qənim kəsilən ölkələr bir-biri ilə əməkdaşlığa can atır, təşəbbüs göstərir. Məsələn bir neçə ilə əvvəl haqsız yerə İranı əsas düşmən obrazında Qərb, Birləşmiş Ştatlar Tehranla münasibətləri normallaşdırmağa qərar verdi, cənub qonşumuza qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmaq istiqamətində addımlar atdı.

Nazirlik əlilliyi olan şəxsləri 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib

3 Aprel 2018 15:08

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu ilin yanvar-mart aylarında əlilliyi olan şəxslərə 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

Putin prezidentlik vəsiqəsini aldı

3 Aprel 2018 15:00

Rusiyanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Vladimir Putinə prezident vəsiqəsini təqdim edib. Bu barədə Kremlin saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Pamfilova Putinlə görüşdə “Vladimir Vladimiroviç, sizi seçkilərdə qələbə qazanmağınız münasibətilə təbrik edir və vəsiqəni təqdim edirəm” deyib.

“Aprel hadisələri Ermənistanda olan böhranı dərinləşdirdi”

3 Aprel 2018 14:58

"2016-cı ilin aprel hadisələri xalqımızda qürur hissi yaratdı, Ermənistanda olan böhranı isə dərinləşdirdi”. Bu fikri  Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, aprel döyüşləri müstəqillik dövrü hərb tariximizin parlaq səhifələrindən biridir: “Bu səhifəni qəhrəman ordumuzun əsgər və zabitləri yazdılar. Göstərdilər ki, qısa müddət ərzində işğalçını Vətən torpaqlarından süpürüb ata bilərik”.

“Xarici ölkələrin birindən sığınacaq alıb Azərbaycanı tərk edəcəm” – Hafiz Hacıyev

3 Aprel 2018 14:55

“Dövlətçiliyimiz üçün o qədər əziyyətlər çəkirəm ki, amma sonda bunun faydasının olmadığını görəndə özümə nifrət edirəm. Bundan əlavə, millətimizin dərdinə şərik ola bilməyəndən sonra, həqiqətən də, özümə nifrət edirəm. Camaatın dövlətdən narazı qalmasını görəndə, düşünürəm ki, niyə biz millətimizə qarşı bu qədər ögeyik? Niyə biz biganəyik? Yaxşı, bəs, məmur təbəqəsi hara baxır? Bu baxımdan mən həyatımdan, özümdən narazıyam və həyatıma nifrət edirəm. Çünki, belə olmamalı idi. Azərbaycan vətəndaşı dövləti ilə, vətəni ilə daha da qürur duymalı idi. Çox təəssüf ki, bu gün bütün görüşlərdə xalqın ah-naləsini eşidəndə çox pis oluram”.

Ticarət mərkəzində TƏŞVİŞ - 4500 nəfər təxliyə olundu

3 Aprel 2018 14:53

Moskvanın mərkəzində yerləşən “Afimoll-Siti” ticarət mərkəzində 4500-dən çox adam təxliyə olunub. Məlumata görə, buna binanın yanğınla bağlı həyəcan siqnalının işə düşməsi səbəb olub. 

300-ə yaxın tədris müəssisəsində dərslər dayandırıldı 

3 Aprel 2018 14:52

Rusiyanın Saratov vilayətində kəskin respirator xəstəlikləri ilə əlaqədar 300-ə yaxın tədris müəssisəsində dərslər bir həftə müddətinə dayandırılıb. Məlumata görə, bölgədə martın 26-dan aprelin 1-ə qədər 20 mindən çox insan kəskin respirator virusuna yoluxub. Bu göstəricinin epidemiya həddindən 51,5 faiz çox olduğu deyilir.

Baş Prokurorluq və DİN keçmiş MTN-çi müstəntiqə cavab verdi

3 Aprel 2018 14:47

Son günlər ayrı-ayrı internet informasiya resurslarında fəaliyyəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq müstəntiqi, ciddi qanun pozuntularına yol verdiyinə görə orqandan xaric olunmuş, hazırda ölkə hüdudlarından kənarda yaşayan, oradan dövlətimizə və xalqımıza qarşı qarayaxma kampaniyasında fəal iştirak edən Ramin Nağıyevin “Turan.tv”-yə verdiyi müsahibənin mətni yayımlayıb.

Spiker: “Boğazları quruyub çox çay içirlər, çağırın gəlsinlər”

3 Aprel 2018 14:46

“Peşə təhsili haqqında”qanun layihəsinin ikinci oxunuşda müzakirəsi bitdikdən sonra səsə qoyularkən, spiker deputatları zala dəvət edib. “Olaylar”ın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, səsvermə üçün yetərli səs yoxdu

Fazil Mustafa: “Özümüzü aldatmayaq”

3 Aprel 2018 14:45

“Tibbi sığorta ilə bağlı bir çox məsələ insanları narahat edir. Əmək müqaviləsi ilə bağlı məsələ hüquqi müstəvidə çözülməzsə, tibbi sığorta ilə bağlı məsələnin həllini gözləmək real deyil”. “Olaylar” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında “Tibbi sığorta haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Tahir Kərimli Milli Məclisdə müxalifəti pislədi

3 Aprel 2018 14:44

“Burada mənim o vaxtki hakimiyyət yoldaşlarımdan var. Mən o vaxtki iqtidara da, bugünkü müxalifətə də həmişə müxalif olmuşam. Başqa cür olmuşamsa kimsə desin. Heç kim deyə bilməz ki, nə vaxtsa qanundan, əxlaqdan kənar söz söyləmişəm”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat, Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiqləndi

3 Aprel 2018 14:44

Azərbaycanda tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 10 iş günü müddətində deyil, 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək. “Olaylar”ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Cavid Qurbanov: “At çapanda at sevinir, ya onu çapan?”

3 Aprel 2018 14:42

“Keçmiş sovet ənənəsinin ən çox yaşadığı dövlət Azərbaycandır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018) yubiley medalının" təsis edilməsi ilə əlaqədar qanuna dəyişiklik edilməsinə münasibət bildirərkən deyib. O çoxlu sayda medalların təsis edilməsinə etiraz edib.

Deputat bankları tənqid etdi

3 Aprel 2018 14:41

“Bu gün ən ciddi problemlərdən biri vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemdir”.“Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fəzail Ağamalı deyib.