Gündəm

Ermənistan cəmiyyəti təlaşda

3 Aprel 2018 14:40

Son günlər Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər Ermənistanda ciddi təşvişə səbəb olub. İşğalçı ölkə Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq məqsədilə yeni axtarışlara çıxıb. Və təbii ki, bu dəfə də Ermənistanın pənahına Rusiya gəlib. Yayılan məlumatlara görə, Rusiya yenidən Ermənistana hərbi yardım etmək barədə düşünür.

Sürüşmə zonlarında SON VƏZİYYƏT

3 Aprel 2018 14:38

Ötən gün xəbər verdiyimiz kimi respublikanın bəzi ərazilərində yeni sürüşmə əraziləri yaranıb.

Səhiyyə Nazirliyindən hazırda boğaz ağrısı, qızdırma ilə müşayiət olunan xəstəlik barədə AÇIQLAMA

3 Aprel 2018 14:35

Hazırda həm uşaqlar, həm də böyüklər arasında boğaz ağrısı, qızdırma, halsızlıq əlamətləri ilə müşayiət olunan xəstəlik əsasən kəskin respirator virus infeksiyasıdır.

ABŞ silah anbarını Türkiyədən çıxardı

3 Aprel 2018 14:29

ABŞ Hərbi Hava Qüvvələrinin Türkiyənin İncirlik hərbi bazasında saxladığı “Armag” mobil silah anbarını başqa yerə köçürüb. Bu barərə “Hürriyət” məlumat verib.

“Grand Hospital”dan təqdirəlayiq addım - Hemofiliyalı xəstələrə ödənişsiz xidmət göstəriləcək

3 Aprel 2018 14:15

Azərbaycanın ən seçilmiş klinikalarından biri olan “Grand Hospital”la Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən klinika hemofiliyalı xəstələrə təmənnasız xidmət göstərəcək.

Keçmiş arvadından Naibənin əri ilə bağlı ŞOK İTTİHAMLAR: “Onu gündə bir qadınla tuturdum” – VİDEO

3 Aprel 2018 14:13

Əməkdar artist Naibə Allahverdiyeva ilə ərinin keçmiş həyat yoldaşı Nərgiz Əliyeva arasında münaqişə getdikcə dərinləşir. Tərəflər arasında başlayan ev davasından sonra vəziyyət daha da gərginləşib. Əməkdar artist telekanallara çıxaraq, qarşı tərəfin ünvanına ittihamlar səsləndirib. Bütün bunlara dözməyən N. Əliyeva redaksiyamıza gələrək, keçmiş əri və Naibə Allahverdiyeva ilə bağlı şok faktlar açıqlayıb.

Metro gecə saat 2-ə qədər işləyəcək - Bayramla əlaqədar

3 Aprel 2018 14:11

Moskva Metropoliteni aprelin 7-dən 8-ə keçən gecə saat 2-ə qədər sərnişinlərə xidmət göstərəcək. Məlumata görə, bu barədə paytaxt Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov deyib. Metropoliten rəsmisi bildirib: "Paytaxt sakinləri və qonaqların rahatlığı üçün gecə saat 2-ə qədər iş vaxtı uzadılacaq".

Saakaşvili: "Söz verirəm, Gürcüstana qayıdacağam"

3 Aprel 2018 14:10

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəyə qayıtmağı və indiki hakimiyyəti “bitirməyi” söz verib. Məlumata görə, M.Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvləri tərəfindən yayılmış videomüraciətdə o, prezident seçkilərindən sonra Gürcüstana qayıdacağını deyib: “Mövcud çətinliklə yalnız iqtisadiyyatın artım və həyat səviyyəsinin inkişafı ilə mübarizə aparmaq olar. İndi mənim Gürcüstana qayıtmağımın qarşısının alınması üçün mənə qarşı ittihamlar irəli sürülüb. Amma mən Gürcüstana qayıdacağam və öz komandamla birgə bütün proqramları icra edəcəyəm”.

Kim Çen In Bakıya gələ bilər

3 Aprel 2018 14:08

Şimali Koreyalı nazir Ri Yon-honun Bakıya, daha sonra Rusiyaya səfəri, həmçinin ölkə rəhbəri Kim Çen Inın keçən həftə baş tutan Çin ziyarəti bu ölkənin digər ölkələrdən dəstək əldə etmək arzusu ilə bağlıdır.

İnstagramdan daha bir YENİLİK

3 Aprel 2018 14:06

İnstagram, Apple'ın ağıllı saat üçün hazırladığı Watch app-ı tətbiqdən yığışdırıb. IPhone tətbiqi üçün buraxılan sosial şəbəkə versiyası 39.0 versiyasının yenilənməsi ilə ağıllı saat inteqrasiyası sona çatdırdı.

Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an – VİDEO

3 Aprel 2018 14:04

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosessi başa çatıb.

Sarkisyan Karapetyanın adamlarını qovdu

3 Aprel 2018 14:02

Ermənistanın yeni baş naziri vəzifəyə təyin edildikdən 15 gün sonra yeni hökuməti formalaşdırmalıdır. Bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.

Hamilə qala bilməyən Fatimə rəfiqəsinin qarnını yırtıb, uşağı götürüb qaçdı 

3 Aprel 2018 14:00

Hamilə rəfiqəsini öldürüb, qarnını yarıb uşağı oğurlamaqda təqsirləndirilən qadın həbs edilib. Meksikada hamiləykən uşağını düşürən qadın bunu ört -basdır etmək üçün hamilə rəfiqəsini boğaraq öldürüb, sonra da qarnını yırtaraq uşağı oğurlayıb, qaçıb. Dəhşətli hadisədən sonra Cinthia Fatima N adlı qadın və əri saxlanılıb. Ölən 20 yaşlı Jessica Gabriela-nın əri isə şok yaşayıb. Məlumata görə, Fatimə Cessika ilə uşaq paltarları satılan onlayn-mağazaların birində tanış olub. Fatimə Cessikanı aldadıb və evinə dəvət edib. O, Cessikanı boğub, öldürüb, sonra da uşağını oğurlayıb. Cessikanın evə gəlmədiyini görən ailəsi narahat olub və bu barədə polisə məlumat verib.

Britaniya rus diplomatlarını çıxarmaqda Serbiyaya təzyiq göstərir

3 Aprel 2018 13:59

Serbiyalı nazir Rusiyadan diplomatların çıxarılması ilə bağlı Britaniyadan təzyiq gördüyünü etiraf edib. Serbiya Baş nazirinin birinci müavini, daxili işlər naziriİvika Daciç açıqlamasında bildirib ki, Serbiya diplomatlarını Rusiyadan çıxartmayacaq. O, İngiltərənin bu barədə "xahiş"ini nəzərə almayacaqlarını söyləyib.