Britaniya rus diplomatlarını çıxarmaqda Serbiyaya təzyiq göstərir
Serbiyalı nazir Rusiyadan diplomatların çıxarılması ilə bağlı Britaniyadan təzyiq gördüyünü etiraf edib. Serbiya Baş nazirinin birinci müavini, daxili işlər naziriİvika Daciç açıqlamasında bildirib ki, Serbiya diplomatlarını Rusiyadan çıxartmayacaq. O, İngiltərənin bu barədə "xahiş"ini nəzərə almayacaqlarını söyləyib.
3 Aprel 2018 13:59 DünyaSerbiyalı nazir Rusiyadan diplomatların çıxarılması ilə bağlı Britaniyadan təzyiq gördüyünü etiraf edib. Serbiya Baş nazirinin birinci müavini, daxili işlər naziriİvika Daciç açıqlamasında bildirib ki, Serbiya diplomatlarını Rusiyadan çıxartmayacaq. O, İngiltərənin bu barədə "xahiş"ini nəzərə almayacaqlarını söyləyib.
"Serbiya diplomatlarını Rusiyadan çıxarmayacaq. Çünki biz Rusiya ilə münasibətlərimizin yaxşı olmasının tərəfdarıyıq".
Martın 4-də Britaniyanın Solsberi şəhərində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı zəhərlənib. Britaniya tərəfi Skripalın zəhərlənməsində Rusiya dövlətini ittiham edib. Rusiya isə hadisədə əlinin olmasını inkar edir. Bu insidentlə bağlı Britaniyada diplomat adı altında fəaliyyət göstərən 23 rusiyalı kəşfiyyatçı ölkədən çıxarılıb, Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələr dondurulub.
Qeyd edək ki, "Skripal işi" ilə əlaqədar rus diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır: Böyük Britaniya (23 rus diplomatını qovub), ABŞ (48 diplomat və BMT missiyasının 12 əməkdaşını ərazisindən çıxarır), Ukrayna (13 diplomat), Fransa (4 diplomat), Polşa (4 diplomat), Kanada (səfirliyin və baş konsulluğun 4 əməkdaşı), Litva (3 diplomat, o cümlədən 2 hərbi attaşe), Danimarka (2 diplomat), İtaliya (2 diplomat), Hollandiya (2 diplomat), Almaniya (4 diplomat), Çexiya (3 diplomat), Estoniya (hərbi attaşe), Latviya (1 diplomat və "Aeroflot"un 1 əməkdaşı), Finlandiya (1 diplomat), Rumıniya (1 diplomat), Xorvatiya (1 diplomat). Milli.az Sputniknews-a istiandla xəbər verir.