Gündəm
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib
2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki. sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.
Milli Məclis “Kredit büroları haqqında” qanuna dəyişiklikləri təsdiq edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kredit büroları haqqında” qanuna dəyişikliklər müzakirə olunaraq təsdiqlənib.“Olaylar” xəbər verir ki, dəyişikliyə əsasən, borcalanlar barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan bütün məlumatlar bu sənədin qüvvəyə mindiyi gündən 3 il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək. Hazırki qanunda sözügedən müddət 2 ildir. Həmçinin mövcud qanunun 23.3-cü maddəsinə edilməsi planlaşdırılan əlavəyə əsasən, MKR-dən istifadəçilərə məlumat verilməsi bu il aprelin 1-dən dayandırılıb.
Parlament hüquqi şəxslərlə bağlı Mülki Məcəlləyə edilən dəyişikliyi qəbul edib
Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə hüquqi şəxslərlə bağlı dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.“Olaylar”ın xəbərinə görə, dəyişikliklə məcəllənin 49-cu (Hüquqi şəxsin orqanları) maddəsinə əlavə bəndlər əlavə edilir.
İblislə işbirliyinə gedənlər
Radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edir, öz ənənəsinə sadiq qalaraq yenə antiazərbaycançı mövqe nümayiş etdirirlər.
Spikerdən deputatlara çağırış
“Xaricdə yaşayan və Azərbaycana qarşı iş aparan bəziləri azərbaycanlı deyillər. Onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər. Xalqımız mərddir, mənəviyyatı olan xalqdır”.“Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Parlamentinin 100 illiyi ilə bağlı medal təsis olunacaq
Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı medal təsis olunacaq. “Olaylar” xəbər verir ki, bunu spiker Oqtay Əsədov bildirib. O, qeyd edib ki, yaxın vaxtlarda bununla bağlı Milli Məclisdə sənəd müzakirəyə çıxarılacaq. Qeyd edək ki, bu il Azərbaycan parlamentinin 100 yaşı tamam olur.
Əli Hüseynli: “Bəzi insanlar azərbaycançılıq təfəkküründən uzaqdırlar”
“Ölkə prezidentinin, Azərbaycan hakimiyyətinin ünvanına səslənən təhqirlərin xalqa ünvanlandığını hamı bilməlidir”. “Olaylar” xəbər verir ki, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin plünar iclasında deyib:“Bu məsələdə həmrəy olmalıyıq.
Azərbaycanda yeni medal təsis edilib
Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub. “Olaylar”ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Komitə sədri: “Bu sahə kiminsə inhisarına çevrilib”
“İnsanların daha çox qaldırdığı məsələ kreditlərlə bağlıdır. Bu məsələni ciddi araşdırılmalıdır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, insanların nə üçün kredit götürdüyü araşdırılmalıdır.
Deputat orden və medalların sayının azaldılmasını təklif edib
Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında deputat Fazil Mustafa Azərbaycanda orden və medalların sayının artırılmasına etiraz edib. “Olaylar”ın xəbərinə görə, F. Mustafa bildirib ki, ölkədə orden, medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır:“Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin.
Azərbaycan vətəndaşları İlham Əliyevi dəstəkləyir
Ölkədə seçki həyəcanı getdikcə artır. Seçkilərin təıbliğat-təşviqat mərhələsi çərçivəsində prezidentliyə namizədlər öz platformalarını, ölkənin birinci şəxsi seçiləcəkləri təqdirdə görəcəyi işləri, həyata keçirəcəkləri islahatları xalqa açıqlayaraq cəmiyyətdən səs qazanmağa çalışırlar.
Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, daha dəqiq 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycan sahibkarlarının seçimi İlham Əliyev olacaq
Azərbaycan bu gün öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə atılan məqsədyönlü addımlar, həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən başlıca amillərdən birinə çevrilib. Bu bir danılmaz faktdır ki, iqtisadiyyatın inkişafında iş adamları sahibkarlar da mühüm rol oynayırlar. Bir şərtlə ki, onların fəaliyyətinə əlverişli şərait yaradılsın, stimul verilsin. Bu baxımdan Azərbaycanda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilərik. Dövlətin, xüsusilə də dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı, onların üzləşdiyi problemlərin dərhal həlli istiqamətində atılan adımlar Azərbaycanda uğurla fəaliyyət göstərən sahibkarlar sinfinin formalaşmasına yol açıb. Digər tərəfdən ölkədə yaradılan əlverişli investisiya mühiti də xarici iş adamlarının ölkəmizə sərmayə yatırması üçün müsbət stimul verib.
Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə öldü
Məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.
Çoxmənzilli binalarda əmlak vergisi hansı qaydada ödənilməlidir?
Hazırda təkcə paytatx Bakı şəhərində deyil, eləcə də respublikanın ayrı-ayrı bölgələrində çoxmənzilli yaşayış binlarının sayi artmaqdadır. Lakin binanın idarəedilməsi, istismar və kommunal xərcləri ilə bağlı çoxsaylı anlaşılmazlıqlar hələ də yaşanmaqdadır. Suallarımızı Hüquqşünas Alim Hüseynli cavablandırır.














