Azərbaycan vətəndaşları İlham Əliyevi dəstəkləyir

Ölkədə seçki həyəcanı getdikcə artır. Seçkilərin təıbliğat-təşviqat mərhələsi çərçivəsində prezidentliyə namizədlər öz platformalarını, ölkənin birinci şəxsi seçiləcəkləri təqdirdə görəcəyi işləri, həyata keçirəcəkləri islahatları xalqa açıqlayaraq cəmiyyətdən səs qazanmağa çalışırlar.

Keçirilən rəy sorğularının nəticələri onu deməyə əsas verir ki, seçkilərin qalibi məhz İlham Əliyev olacaq

Ölkədə seçki həyəcanı getdikcə artır. Seçkilərin təıbliğat-təşviqat mərhələsi çərçivəsində prezidentliyə namizədlər öz platformalarını, ölkənin birinci şəxsi seçiləcəkləri təqdirdə görəcəyi işləri, həyata keçirəcəkləri islahatları xalqa açıqlayaraq cəmiyyətdən səs qazanmağa çalışırlar.

Seçkilərin mühüm özəlliklərindən biri də seçkiqabağı mühiti dəyərləndirmək, hansı namizədin seçkilərdə qələbə qazanmaq şansının daha çox olduğunu müəyyənləşdirməkdir. Seçkilərin ilkin gedişi, namizədlərin reytinqi isə bir qayda olaraq sosioloji sorğu mərkəzləri tərəfindən müəyyənləşdirilir. Artıq prezident seçkiləri ərəfəsində olan Azərbaycanda seçkiqabağı mühiti öyrənmək və prezidentliyə namizədlərin reytinqini müəyyənləşdirmək məqsədilə bir neçə rəy sorğusu keçirilib. Həm beynəlxalq, həm də yerli səviyyəli sosioloji soğru mərkəzləri tərəfindən Azərbaycandakı seçkiqabağı vəziyyət, hansı namizədin qələbə qazanmaq şansının çox olduğu öyrənilib. Keçirilən rəy sorğularının nəticələri birmənalıdır. Prezident seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı cənab İlham Əliyevdir. İstər beynəlxalq. Istərsə də yerli səviyyəli sosioloji sorğu mərkəzlərinin keçirdikləri rəy sorğularının nəticələri onu təsdiq edir ki, əhalinin 80 faizdən çoxu məhz Cənab İlham Əliyevi dəstəkləyir. Həmçinin rəy sorğularında ölkə vətəndaşlarının mövcud ictimai-siyasi vəziyyətə olan münasibəti də öyrənilib və cəmiyyətin mütləq əksəriyyəti ölkədə seçkiqabağı mühiti müsbət dəyərləndirib.

Məlumat üçün qeyd edək ki, bu günlərdə daha bir sorğu mərkəzi prezidentliyə namizədlərin reytinqi ilə bağlı vətəndaşlar arasında sorğu keçirib. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı prezidentliyə namizədlərin reytinqinin, seçici fəallığının müəyyənləşdirilməsi, ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi məqsədi ilə rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, respondentlərin 90,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyən respondentlər isə 89,5 - 83,7 faiz olub.
ADİİM sədri Cavid Şahverdiyev mətbuata verdiyi açıqlamasında bildirib ki, ölkənin şimal bölgəsi - Şabran, Siyəzən, Quba, Qusar və Xaçmaz rayonlarının hər birində 100 respondent (ümumilikdə 500 respondent) arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 89,8 faizi aprelin 11-də Azərbaycanda keçiriləcək növbədən kənar prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevə yenidən səs verəcəklərini bildiriblər. 
Respondentlər İlham Əliyevə etibar və etimadlarını Azərbaycanda güclü demokratik dövlət və vətəndaş cəmiyyətinin formalaşması, prezidentin həyata keçirdiyi inkişaf proqramları, ölkənin və əhalinin təhlükəsizliyini təmin etməsi, onun regional və dünya miqyasında peşəkar, praqmatik və mahir siyasətçi olması ilə əlaqələndiriblər.
Rəyi soruşanlar İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bütövlükdə müstəqil siyasətin təməlində durduğnun vurğulayıblar. Onların qənaətincə, İlham Əliyev bütün bu məqamları dövlətin suverenliyini təmin etməyə imkan verən səviyyədə vəhdət halında reallaşdırmağa qadir, nəzəri və praktiki qüdrəti olan yeganə siyasətçidir. 
Buna görə də respondentlər prezident İlham Əliyev kimi şəxsiyyətin bu dövlətə rəhbərlik etməsini tarixi zərurət kimi qəbul ediblər. Rəyi soruşulanların 8,2 faizi digər namizədlərə səs verəcəklərini qeyd ediblər, 2 faiz isə seçkidə iştirak etməyəcəklərini bildiriblər. 
Qeyd edək ki, ADİİM 2003-cü ildən bəri Azərbaycanda keçirilən prezident və parlament seçkilərində müxtəlif bölgələrdə sorğular keçirib.

Keçirilən rəy sorğularının da nəticələrindən aydın olduğu kimi Azərbaycan vətəndaşları 2003-cü ildən başlanan böyük yolun davamını istəyir. Həm də Azərbaycan xalqı bu yolu məhz İlham Əliyevlə bərabər addımlamaq niyyətindədir. Çünki məhz bu yol Azərbaycanı davamlı inkişafa, xoşbəxt gələcəyə aparır. Onu təlatümlərdən, xaos, anarxiyadan hifz edir. Bu gün bir çox ölkələrdə daxili gərginlik, qarşıdurma, hətta vətəndaş müharibəsi yaşandığı halda, Azərbaycan ümumilikdə dünyada sabotlik adası kimi tanınır. Ölkə vətəndaşları da məhz bu səbəbdən bu durumun, vəziyyətin sabitliyin davamlı olmasını arzu edir, onu xalqa bəxş edən hakimiyyəti, onun rəhbəri İlham Əliyevi dəstəkləyir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31