Azərbaycan sahibkarlarının seçimi İlham Əliyev olacaq
Azərbaycan bu gün öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə atılan məqsədyönlü addımlar, həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən başlıca amillərdən birinə çevrilib. Bu bir danılmaz faktdır ki, iqtisadiyyatın inkişafında iş adamları sahibkarlar da mühüm rol oynayırlar. Bir şərtlə ki, onların fəaliyyətinə əlverişli şərait yaradılsın, stimul verilsin. Bu baxımdan Azərbaycanda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilərik. Dövlətin, xüsusilə də dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı, onların üzləşdiyi problemlərin dərhal həlli istiqamətində atılan adımlar Azərbaycanda uğurla fəaliyyət göstərən sahibkarlar sinfinin formalaşmasına yol açıb. Digər tərəfdən ölkədə yaradılan əlverişli investisiya mühiti də xarici iş adamlarının ölkəmizə sərmayə yatırması üçün müsbət stimul verib.
3 Aprel 2018 13:40 SiyasətAzərbaycan bu gün öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə atılan məqsədyönlü addımlar, həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən başlıca amillərdən birinə çevrilib. Bu bir danılmaz faktdır ki, iqtisadiyyatın inkişafında iş adamları sahibkarlar da mühüm rol oynayırlar. Bir şərtlə ki, onların fəaliyyətinə əlverişli şərait yaradılsın, stimul verilsin. Bu baxımdan Azərbaycanda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilərik. Dövlətin, xüsusilə də dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı, onların üzləşdiyi problemlərin dərhal həlli istiqamətində atılan adımlar Azərbaycanda uğurla fəaliyyət göstərən sahibkarlar sinfinin formalaşmasına yol açıb. Digər tərəfdən ölkədə yaradılan əlverişli investisiya mühiti də xarici iş adamlarının ölkəmizə sərmayə yatırması üçün müsbət stimul verib.
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva da deyir ki,Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev şəxsən sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında iştirak edir. Sahibkarlar isə onların fəaliyyətinə dövlət tərəfindən dəstəyin göstərilməsini yüksək qiymətləndirirlər: "Bu isə sahibkarların sosial məsuliyyətinin artırılmasına təkan verir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Bu, yeni müəssisələrin və iş yerlərinin yaradılması, iqtisadiyyatda özəl sektorun payının artması baxımından böyük əhəmiyyətə malikdir. Hazırda özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizdən çoxdur, məşğulluqda isə 75 faizi ötüb. Bundan başqa, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq Sərəncamına uyğun olaraq görülən işlər özəl sektorun inkişafına təkan verib. Ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddətinin 2021-ci ilədək uzadılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilməsi, lisenziyaların müddətsiz müəyyən edilməsi, dövlət rüsumunun məbləğinın Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılması, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinin təmin olunması bu sahədə reallaşdırılan əhəmiyyətli tədbirlər sırasındadır. Eyni zamanda, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin qəbul edilməsi ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün strateji əhəmiyyətli addımdır". O, qeyd edib ki, sadalananlarla yanaşı, yerli və xarici iş adamlarının ölkə daxilində uğurla fəaliyyət göstərməsi investisiyaların artmasına da təkan verib: "Son 15 ildə daxili və xarici mənbələrdən respublikamıza 231 milyard dollar həcmində investisiyalar yönəldilib. Prezident İlham Əliyev "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır" deyib. Həqiqətən də, bu gün Azərbaycan nümunəsi və təcrübəsi bu fikiri təsdiq edir. Dövlətin xüsusi diqqəti və dəstəyi sayəsində sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşıb, bu isə nəticə etibarilə, Azərbaycanın tərəqqisi üçün müstəsna əhəmiyyətə malikdir".
Səkinə Babayevanın sözlərinə görə, məhz bütün bunları nəzərə alaraq ölkənin sahibkarlar, iş adamları təbəqəsi də məhz ən layiqli namizəd olan İlham Əliyevi dəstəkləyirlər: "Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir və cəmiyyət yekdilliklə Onun siyasətini dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi dəyərləndirir. Bu isə Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir. Əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin yenidən prezident seçilməsi ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və inkişaf siyasətinin uğurla davam etdirilməsinə imkan yaradacaq. Nəzərə alsaq ki, Azərbaycan bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli və uğurlu inkişaf yolu keçib, bu siyasətin davam etdirilməsi ölkəmizin yeni nailiyyətlər əldə etməsinə, insanların rifah halının daha da yaxşılaşmasına, beynəlxalq nüfuzunun artmasına səbəb olacaq. Bu səbəbdən Azərbaycan cəmiyyətinin digər nümayəndələri kimi sahibkarlar da bu siyasətin davamlı olmasını istəyir, cənab İlham Əliyevi dəstəklədiyini birmənalı şəkildə ifadə edirlər. Düşünürəm ki, cənab İlham Əliyevə səs vermək inkişafı, rifahı, yüksəlişi və tərəqqini seçməkdir. Azərbaycan sahibkarlarının seçimi məhz cənab İlham Əliyev olacaq".
Füzuli