Əli Hüseynli: “Bəzi insanlar azərbaycançılıq təfəkküründən uzaqdırlar”
“Ölkə prezidentinin, Azərbaycan hakimiyyətinin ünvanına səslənən təhqirlərin xalqa ünvanlandığını hamı bilməlidir”. “Olaylar” xəbər verir ki, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin plünar iclasında deyib:“Bu məsələdə həmrəy olmalıyıq.
3 Aprel 2018 13:48 Siyasət"Ölkə prezidentinin, Azərbaycan hakimiyyətinin ünvanına səslənən təhqirlərin xalqa ünvanlandığını hamı bilməlidir". "Olaylar" xəbər verir ki, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin plünar iclasında deyib:"Bu məsələdə həmrəy olmalıyıq. Azərbaycanlı olmağın tək şərti burada doğulub böyümək deyil. Bəzi insanlar azərbaycançılıq təfəkküründən uzaqdırlar. Avropada da hazırda Azərbaycanın milli-mənəvi maraqlarından uzaq olanlar var. Bizim həmrəyliyimiz də bu məsələdə ölkəyə, ölkə prezidentinə, xalqa, dövlətə sədaqətimizi göstərərək təhqirlərlə barışmayan mövqeyimizin olmasını göstərir. Bu məsələdə hər kəsin mövqeyi xalqın mövqeyi deməkdir".