Gündəm

Tünzalə mədəsini bütöv kəsdirdi

3 Aprel 2018 13:34

Əməkdar artist Tünzalə Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirdiyi ilə bağlı açıqlama vermişdi. Məlumata görə, aktrisa əməliyyat zamanı mədəsini tamamilə götüzdürüb. T.Əliyeva əməkdaşımızla söhbətində bunu təsdiqləyib.

“Mənim nəslimdə qeyrətsiz adam yoxdur” – Oğlu 13 yaşlı qızla cinsi əlaqədə olan ata

3 Aprel 2018 13:27

ARB TV-nin "Sirdaş Rövşanə” proqramına budəfə oğlu həbs olunan Maştağa sakini müraciət edib. O, oğlunun həbsinin yanlış qərar olduğunu bildirib. Belə ki, 20 yaşlı gəncə yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqədə olması maddəsiylə cinayət işi qaldırılıb və onun barəsində həbs-qəti imkan tədbiri seçilib.

Səudiyyə Ərəbistanı şahzadəsi: “İsrailin vətən torpaqlarına hüququ var”

3 Aprel 2018 13:25

İsrailin vətən torpaqlarına hüququ var. Bunu “The Atlantic” nəşrinə müsahibəsində Səudiyyə Ərəbistanı şahzadəsi Məhəməd bin Salman deyib. Bununla da, o, İsrailin “torpaq hüququ”nu tanımış ilk Səudiyyə hakimiyyəti nümayəndəsinə çevrilib. Xatırladaq ki, bu iki ölkə arasında rəsmi diplomatik əlaqələr mövcud deyil və bunun səbəbi Fələstin-İsrail qarşıdurmasıdır.

İspaniyada filləri daşıyan yük maşını aşdı

3 Aprel 2018 13:23

İspaniyanın şərqindəki Albasete əyalətində sirk fillərini daşıyan yük maşını aşıb. Hadisə nəticəsində heyvanlardan biri ölüb, ikisi isə xəsarət alıb.

DİN-dən uşaq oğurluğu ilə bağlı məlumatlara münasibət: Məktəb direktoru Polis İdarəsinə çağırıldı

3 Aprel 2018 13:22

Daxili İşlər Nazirliyi Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntüyə münasibət bildirib.

Rusiyanın Xəzər donanmasını Dağıstana köçürməsinin səbəbləri

3 Aprel 2018 13:19

Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspisysk şəhərinə köçürüləcəyini rəsmən elan edib. Virtualaz.org xəbər verir ki, nazir hazırda Kaspiyskdə sahil infrastrukturunun və hərbçilər üçün mənzillərin inşa edildiyini bildirib.

Seks köləsi, qul kimi davranış… – Avropada işləmək adı ilə aldadılan azərbaycanlılar

3 Aprel 2018 13:03

Ölkəmizdə gənclərin iş tapmaqla bağlı ciddi problemləri olduğu hər kəsə məlumdur. Azərbaycanda az maaşa işləməyə razı olmayanlar və ya əcnəbi ölkədə yaşamaq arzusunda olanlar bu cür xidmətlər təklif edən şirkətlərə müraciət edirlər. Elə bunu fürsət bilən bəzi işbazlar isə gəncləri Avropada 1000-2000 manat maaşlıq işlə təmin edəcəyini vəd edib aldadırlar.

Ağır ürək əməliyyatı keçirən deputat parlamentin iclasına qatıldı

3 Aprel 2018 13:00

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. “Olaylar” xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib. Deputatlar iclasda 25 məsələnin müzakirəsini aparacaqlar.

Siyavuş Novruzovdan həmkarlarına ittiham: “Tərif olanda hamı sıraya düzülür”

3 Aprel 2018 12:59

“Bu gün xaricdən maliyyələşən bəzi şəxslər Azərbaycana qarşı ciddi şəkildə işlər aparmaqla, qarayaxma kampaniyası aparmaqla məşğuldur. Xaricdə yaşayan bəzi azərbaycamlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar.

Deputat: “Onlar öyrədilmiş, aldadılmış insanlardır”

3 Aprel 2018 12:57

“Bu gün xaricdən maliyyələşən bəzi şəxslər sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Hesab edirəm ki, Azərbaycan belə insanlardan imtina etməlidir. Onlar Azərbaycanın adından danışırlarsa inkişafdan, görülən işlərdən danışsınlar”.

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

3 Aprel 2018 12:56

Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Azərbaycana səfər edəcək. BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən “OLAYLAR”-a bildirilib ki, qonaq “Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək.

Birinci sinfə qəbulla bağlı yenilik

3 Aprel 2018 12:55

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, indiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir və müvafiq müddət ərzində cavablandırılır.

Komitə sədri: “Bu məsələdə susmaq olmaz”

3 Aprel 2018 12:54

“Xaricdə yaşayan bəzi azərbaycanlılar xalqı təhqir edirlər. Onlar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz”.