Komitə sədri: “Bu məsələdə susmaq olmaz”

“Xaricdə yaşayan bəzi azərbaycanlılar xalqı təhqir edirlər. Onlar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz”.

"Xaricdə yaşayan bəzi azərbaycanlılar xalqı təhqir edirlər. Onlar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu plenar iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib. Komitə sədri bildirib ki, cəmiyyətin hər bir üzvü belə insanların cavabını verməlidir: "Bu dərəcədə tərbiyəsizliyə dözmək mümkün deyil. Həmin şəxslər ölkədəki sabitliyi pozmaq istəyirlər. Ona görə də buna imkan vermək olmaz". Deputat Novruzəli Aslanov isə xaricdə Azərbaycan hökuməti əleyhinə iş aparanları "ünsür" adlandırıb. O bildirib ki, ölkədə xalq-iqtidar birliyi var: "Aprelin 11-də prezident seçkiləridir. Xalqın da seçimi bəllidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31