Ağır ürək əməliyyatı keçirən deputat parlamentin iclasına qatıldı

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. “Olaylar” xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib. Deputatlar iclasda 25 məsələnin müzakirəsini aparacaqlar.

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. "Olaylar" xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib. Deputatlar iclasda 25 məsələnin müzakirəsini aparacaqlar.
Yeri gəlmişkən qeyd edək ki, ağır ürək əməliyyatı keçirən deputat Nəriman Əliyev Milli Məclisin plenar iclasına qatılıb. Deputat özünü yaxşı hiss etdiyini, müalicəsini ev şəraitində davam etdirdiyini bildirib.

Qeyd edək ki, yanvarın 10-da 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı, 50 yaşlı Nəriman Əliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib, onu həmkarı Rəşad Mahmudov əməliyyat edib. Ağır əməliyyat 9 saat çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31