Sürüşmə zonlarında SON VƏZİYYƏT
Ötən gün xəbər verdiyimiz kimi respublikanın bəzi ərazilərində yeni sürüşmə əraziləri yaranıb.
3 Aprel 2018 14:38 SosialÖtən gün xəbər verdiyimiz kimi respublikanın bəzi ərazilərində yeni sürüşmə əraziləri yaranıb.
Bəs son vəziyyət necədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bu haqda danışaraq bildirib ki, hazırda yeni sürüşmə ərzilərində də aktivlik müşahidə olunmur: "Vəziyyət sabit olaraq qalıb. Hazırda da cənub bölgəsi üzrə əməkdaşlarımız ərazidədir". Ə.Qaralov Bayıl Yamacı və Bakının digər sürüşmə əraziləri ilə bağlı son vəziyyəti də açıqlayıb: "Hazırda Bayıl yamacında heç bir aktivlik müşahidə edilmir. Ərazidə quru qazma işləri aparılır. Bir sıra texnikalar əraziyə cəlb edilib. Digər ərazilərdə də aktivlik müşahidə edilməyib".
Qeyd edək ki, ötən gün açıqlanan məlumata görə Astarada Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik baş verib. Lənkəran - Lerik yolunun 17-19 və 27-29-cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsi də atmosfer yağıntılarının təsirindən aktivləşib. Lerik-Qosmalyon-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Lənkəranda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə və uçqun sahələri yaranıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrliyi sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunmaqdadır. Masallıda Güllütəpə və Zuvand sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivləşmə qeydə alınıb. Masallı- Yardımlı yolunun 13-15, 7-16, 24-26 kilometrliklərində müşahidələr zamanı sürüşmə sahəsinin dinamikasında aktivlik baş verib. Cəlilabadda Sadatlı sürüşmə sahəsi aktivləşib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrləri atmosfer yağıntılarının təsirindən artıb. Sfera.az