Ermənistan cəmiyyəti təlaşda
Son günlər Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər Ermənistanda ciddi təşvişə səbəb olub. İşğalçı ölkə Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq məqsədilə yeni axtarışlara çıxıb. Və təbii ki, bu dəfə də Ermənistanın pənahına Rusiya gəlib. Yayılan məlumatlara görə, Rusiya yenidən Ermənistana hərbi yardım etmək barədə düşünür.
3 Aprel 2018 14:40 SiyasətAzərbaycanın hərbi təlimləri düşmən ölkədə qorxu yaradıb
Son günlər Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər Ermənistanda ciddi təşvişə səbəb olub. İşğalçı ölkə Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq məqsədilə yeni axtarışlara çıxıb. Və təbii ki, bu dəfə də Ermənistanın pənahına Rusiya gəlib. Yayılan məlumatlara görə, Rusiya yenidən Ermənistana hərbi yardım etmək barədə düşünür. Belə ki, Rusiyanın Ermənistana "İsgəndər M" raketlərinin yeni partiyasının göndərməsi barədə məlumatlar əksini tapıb. Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədillazadə deyib ki, Rusuyanın Ermənistana "İsgəndər M" raketləri göndərmək istəyi həqiqəti əks etdirir. Çünki, bununla Rusiya Azərbaycanın bu ölkə ilə bağlamaq istəmədiyi hərbi-ticari müqavilələrə cavabıdır: "Bununla Rusiya ölkəmizə göz dağı vermək istəyir. Həmçinin ölkəmizin digər tərəfdaş ölkələrdən aldığı raketlərə cavabldır. Göründüyü kimi Rusiyanın partnojarlığı ilə aparılan Qarabağ danışıqları nəticəsiz olacağının göstəricisidir. Ermənistana "İsgəndər M" raketlərinin verilməsi, rəsmi Yerevanın bundan sonra Qarabağ danışıqlarında tutacağı mövqeyini gücləndirməyə hesablanıb". Politoloq hesab edir ki, işğalçı ölkə bir neçə gün əvvəl Azərbayvanın keçirdiyi hərbi təlimləri Bakının müharibə hazırlığı kimi qiymətləndirib və bu məsələ Ermənistanda geniş ictimai-siyasi müzakirəyə səbəb olub: "Rəsmi Yerevan Azərbaycanın hərbi təlimlərini müharibəyə hazırlıq kimi qiymətləbdirib və işğal etdiyi ərazilərdə müdafiə sistemini gücləndirir və yeni hərbi texnikalarını cəbhəyə göndərir. Düzdür, Ermənistan hakimiyyəti mümkün qədər cəmiyyətdə ajiotaj yaratmamağa çalışır. Ancaq eyni zamanda Azərbaycanın hərbi təlimlərindən ehtiyatlandığını da büruzə verir. Qeyd edim ki, ölkəmiz danışıqların bundan sonra davam etməsinə və müsbət irəlləyişlərin olacağına əmin deyil. Ona görə də bu kimi təlimləri keçirməklə işğalçıya qəfil zərbənin ssenarilərini məşq edir. Rusiya Baş Qərargahı da bu təlimlərdən narahatlığını gizlətmur və Ermənistana növbəti dəfə 100 milyon dollar həcmində hərbi texnika göndərəcəyini elan etdi. Bu, rəsmi Kremlin Azərbaycana mesajı kimi qiymətləndirilməlidir". Məhəmməd Əsədullazadə hesab edir ki, apreldən sonra Qarabağ münaqişəsi ətrafında yenidən fəallığın artması gözlənilir: "Rəsmi Bakı, bu təlimlərlə məhz Yerevanı növbəti dəfə xəbərdar edir.
Hazırda münaqişə ətrafında mürəkkəb bir vəziyyət hökm edir. Bir məsələyə diqqət çəkmək lazımdır.Rusiya Ermənistanı silahlandırır. Üstəlik, Ermənistan hərbi əlaqələrini İranla da inkişaf etdirmək istəyir. Ötən il Ermənistan müdafiə naziri Vigen Sarkisyanın Tehrana səfəri çərçivəsində bu ölkə ilə birgə hərbi sursatların istehsalı üçün zavod açmaq barədə müəyyən razılığa gəliblər. Bu, o deməkdir ki, İran Ermənistanda mina və minamyot mərmilərinin istehsalında bu ölkəyə yardım edəcək. Hazırda Ermənistanla Azərbaycan arasında müharibə vəziyyəti kövrəkdi və situasiya hərbi əməliyyatların başlanmasını labüd edir". Bu arada Rusiyanın Xəzərdə yenidən fəallaşmasına da toxunan politoloq deyib ki, Xəzər dənizi beş Xəzəryanı ölkənin qapalı su hövzəsidir və burada hər bir ölkə qarşılıqlı əmədaşlıq edərək təhlükəsizliyə töhfə verirlər: "Bu qapalı dənizin okeanla birbaşa əlaqəsi olmadığına görə, digər xarici ölkələrin hərbi təyinatlı hərəkətləri mümkün deyil. Ona görə də Xəzər dənizində güclü hərbi donanmanın saxlanması artıq xərcdi və digər beş Xəzəryanı ölkələrin bir-birinə etibarsızlığının göstəricisi ola bilər. Ölkəmiz öz ərazi sularında müəyyən çərçivədə hərbi donanmasaxlayır. Bu hərbi donanma digər sahilyanı ölkələrə qarşı yönəlməyib və təhdid yaratmır. Amma, digər Xəzəryanı ölkə olan Rusiya Xəzər dənizində militarist siyasət apararaq dənizdə təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Moskva burada güclü hərbi donanma saxlaması, qitələrarası raketləri yerləşdirərək, bu regionu Suriyada münaqişəyə çəkməsi region ölkələrini beynəlxalq terrorun hədəfinə gətirir. Ötən il Rusiya Xəzər dənizindən "Kalibrli" qanadlı raketlərini Suriyaya fırlatması, artıq bu qapalı dənizin beynəlxalq gərginliyin bir parçasına çevirdi. Rəsmi Kreml hazırda Xəzərdə hərbi donanmanı genişləndirərək, bazanı Həştərxandan Azərbaycanla sərhəddə Dağıstanın Kaspiy şəhərinə köçürür. Bu, Rusiyanın Azərbaycanı Xəzər dənizində təhdid etməsi deməkdir. Göründüyü kimi şimal və cənub qonşularımız Xəzər dənizində güclənirlər. Bu təhdidlər fonunda Azərbaycan ilin ikinci yarısında keçiriləcək beş Xəzəryanı ölkələrin zirvə toplantısında bu problemi qaldırmalı, Xəzərin hərbisizləşdirilmədinə rəsmən çağırış etməlidir".
Məhəmməd