Şimali Koreya dünyaya açılır

Dünyada bir birindən maraqlı proseslər baş verir. Bir çox regionlarda münaqişələr, şiddətli qarşıdurmalar yaşandığı halda, bəzi regionlarda isə illərdir bir-birinə qənim kəsilən ölkələr bir-biri ilə əməkdaşlığa can atır, təşəbbüs göstərir. Məsələn bir neçə ilə əvvəl haqsız yerə İranı əsas düşmən obrazında Qərb, Birləşmiş Ştatlar Tehranla münasibətləri normallaşdırmağa qərar verdi, cənub qonşumuza qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmaq istiqamətində addımlar atdı.

Dünyada bir birindən maraqlı proseslər baş verir. Bir çox regionlarda münaqişələr, şiddətli qarşıdurmalar yaşandığı halda, bəzi regionlarda isə illərdir bir-birinə qənim kəsilən ölkələr bir-biri ilə əməkdaşlığa can atır, təşəbbüs göstərir. Məsələn bir neçə ilə əvvəl haqsız yerə İranı əsas düşmən obrazında Qərb, Birləşmiş Ştatlar Tehranla münasibətləri normallaşdırmağa qərar verdi, cənub qonşumuza qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmaq istiqamətində addımlar atdı. Düzdür, sonradan Qərbin atdığı bu humanist addımların ardı gəlməsə də hər halda illər sonra münasibətlərdə yaranan normallaşması təqdir edilən idi. Yaxud az qala düşmən münasibətləri səviyyəsinə gələn Rusiya-Türkiyə əlaqələri normallaşmağa doğru istiqamət götürdü. Hazırda isə illərin düşməni olan Şimali və Cənubi Koreya arasında sular isinməkdədir. Hətta münasibətlər o qədər sürətlə yaxınlaşır ki, yaxın vaxtlarda iki ölkənin liderinin görüşəcəyi də bildirilir. Bəs görəsən iki Koreyanın ortaq sülh əldə etmək cəhdləri nə dərəcədə mümkün olacaq? Ekspert Tural Mənəfli deyir ki, son zamanlar Şimali və Cənubi Koreyanın yaxınlaşması müşahidə olunur. Onun sözlərinə görə, bu vəziyyət Cənubi Koreyada keçirilən "2018-ci il Qış Olimpiyasından" sonra başlayıb: "Hətta Cənubi Koreya Şimali Koreya nümayəndələrinin xərclərini ödəmişdi. Buna sərf olunan 2.64 milyon dollar məbləğində xərc Cənubi Koreyanın Birləşmə nazirliyinin büdcəsindən ödənilib. Qış Olimpiyasının aşılışı ərəfəsində prezident sarayında keçirilən görüşdə Kim Jong-un yazdığı dəvətnaməni bacısı Kim Yo-jong Cənubi Koreya prezidenti Moon Joe-in-ə vermişdi. Kim Jong Moon Jae-in-i Pxenyana dəvət edirdi. Cənubi Koreya dəvəti qəbul etməklə bir yerdə Şimali Koreyanın Birləşmiş Ştatlarla danışıqlara qayıtmağa çağırmışdı. Martın 25-i Kim Jong arvadı ilə Çinə səfər etmişdi. O Pekində Çin lideri Xi Jinpingə "Cənubi Koreya və ABŞ səylərimizə cavab verdiyi halda, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini həll edə bilər".deyib. Cənab Kim aprel ayında Cənubi Koreya prezidenti Moon Jae-in ilə, mayda isə ABŞ prezidenti Donald Trumpla görüşəcəyini söyləyib. Zənnimcə, Kim Yong Çindən istədiyi cavabı alıb". Ekspertin qənaətincə, görünür BMT sanksiyalarından sonra Şimali Koreya anlaşmağa hazırdı: "Rusiyada baş vermiş iqtisadi böhran nəticəsində Rusiya Şimali Koreyaya əvvəlki kimi yardım göstərə bilmir və yaxud istəmir. Avqust ayında Çin Şimali Koreya ilə kömür, dəmir filizi və dəniz məhsullarının idxalını dayandırmışdı. Şimali Koreyanın beynəlxalq ticarətinin 90 faizi Çinin payına düşdüyündən ən böyük pul qaynaqlarından birini itirmişdi. Sanksiyaların ucbatından Şimali Koreya silah hazırlayıb, narkotik maddə hazırlayıb satmağı çətinləşdi. Ötən il Şimali Koreya Rusiya,Çin və Malayziya satdığı qanunsuz silahlardan əldə etdiyi gəlir 200 milyon dollardır. Bu gün Şimali Koreyanın pul qazanmasının yeganə qanuni yolu faydalı qazıntıları satmaqdır. Bununda tək yolu Cənubi Koreya ilə sülh bağlayıb, Birləşmiş Ştatlarla əməkdaşlıq etməkdir. Cənubi Koreyanın bir tədqiqat institunun açıqlamasına görə 2010-cu ildə Şimali Koreyanın yeraltı sərvətlərinin 10 trilyon dollar olduğu bildirilib. Bu Cənubi Koreyanın sərvətlərindən 20 dəfə çoxdur. Sülh olduğu təqdirdə Cənubi Koreya və ABŞ-la o cümlədən digər ölkələr arasında iqtisadi müqavilələr bağlaya bilər. Buda böyük gəlir deməkdir. Birləşmiş Ştatların da sülh olmasında 1-ci səbəbi Koreya yarımadasının nüvəsizləşdirilməsidirsə, 2-ci ən böyük səbəbidə Şimali Koreyanın yeraltı sərvətləridir. Yaponiyanında sülhdə məqsədi eynilə ABŞ-dakı kimidir. Tərəflər arasında sülh olsa böyük bir beynəlxalq ticarət olacaq". Ekspert hesab edir ki,

dövlət quruluşlarınn nəzərə alaraq Şimali və Cənubi Koreyanın birləşməsindən danışmaq hələ tezdir.Dövlət quruluşundan başqa birləşmə böyük dövlətlərin mənafeyinə ziddir: "Birləşmə məsələsi olsa kim kimə birləşəcək məsələsi ortaya çıxacaq. Bir tərəfdə Rusiyanın, Çinin dəstəklədiyi Şimali Koreya, digər tərəfdə ABŞ-ın,Yaponiyanın dəstəklədiyi Cənubi Koreya var. İqtisadi cəhətdən götürəndə Cənubi Koreya daha güclüdür. Bir çox dünya markası burda istehsal olunur. Cənubi Koreyada isə iqtisadi böhran və aclıq var. Şimali Koreyanın Cənubi Koreyaya birləşməsi daha məntiqlidir. Lakin Cənubi Koreyada faktiki olaraq dövlətin öz qərarlarını vermək gücü yoxdur. ABŞ-ın dəstəkləmədiyi heç bir qərar qəbul edilmir. Rusiyada bu bölgədə gücünü itirməmək üçün buna imkan verməz. Bu şəraitdə yalnız tərəflər arasında sülh olacağından danışmaq olar. Bu hər iki tərəf üçün daha sərfəlidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31