300-ə yaxın tədris müəssisəsində dərslər dayandırıldı 

Rusiyanın Saratov vilayətində kəskin respirator xəstəlikləri ilə əlaqədar 300-ə yaxın tədris müəssisəsində dərslər bir həftə müddətinə dayandırılıb. Məlumata görə, bölgədə martın 26-dan aprelin 1-ə qədər 20 mindən çox insan kəskin respirator virusuna yoluxub. Bu göstəricinin epidemiya həddindən 51,5 faiz çox olduğu deyilir.

Ümumilikdə vilayət ərazisində 248 məktəb, 16 uşaq bağçası, 29 peşə tədrisi müəssisəsində dərslər tamamilə dayandırılıb. Bundan başqa, 3 məktəbdə və 7 uşaq bağçasında dərslər məhdudlaşdırılıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31