Spiker: “Boğazları quruyub çox çay içirlər, çağırın gəlsinlər”
“Peşə təhsili haqqında”qanun layihəsinin ikinci oxunuşda müzakirəsi bitdikdən sonra səsə qoyularkən, spiker deputatları zala dəvət edib. “Olaylar”ın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, səsvermə üçün yetərli səs yoxdu
3 Aprel 2018 14:46 Sosial"Peşə təhsili haqqında"qanun layihəsinin ikinci oxunuşda müzakirəsi bitdikdən sonra səsə qoyularkən, spiker deputatları zala dəvət edib. "Olaylar"ın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, səsvermə üçün yetərli səs yoxdur. Burada cəmi 97 deputat iştirak edir. Çağırın o biriləri gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər. Çağırın gəlsinlər". Deputatlar zala daxil olduqdan sonra yenidən səsvermə keçirilib və qanun layihəsi 2-ci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31