Cinayətkar dəstə üzvləri ifşa edilib

Oğurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib.

Oğurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Ələkbər Ələkbərovun, Rifat Quliyevin, İlkin Quliyevin, Orxan Əsədullayevin, Adil Ağayevin, Həsən Şeydabəyovun və Ülfət Quliyevin ətraflarında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 22-dən martın 15-dək olan müddətdə rayon ərazisindəki 6 evdən su və qaz sayğacları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilib. Araşdırmalar davam etdirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31