Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir
Aprelin 3-də Dini Qurumlaqrla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə adıçəkilən muzeydə “Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
3 Aprel 2018 15:15 SosialAprelin 3-də Dini Qurumlaqrla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə adıçəkilən muzeydə "Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir" mövzusunda tədbir keçirilib. "OLAYLAR" Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva aprel döyüşləri barədə geniş çıxış edərək qeyd edib ki, bu döyüşlər həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Direktor onu da vurğulayıb ki ölkə Prezidenti cənab İlham Əliyev aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirib.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov isə bildirib ki, müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı "uduzmuş tərəf" sindromunu məhs aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar.
Digər çıxış edənlər Azərbaycan oğullarının aprel döyüşlərində keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar.
Sonda məktəblilərin ifasında aprel döyüşlərinə həsr edilmiş kompozisiya nümayiş etdirilib.