Tibbi sığorta ilə bağlı şərtlər sərtləşdirilir
Milli Məclisin aprelin 3-də keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub. “Olaylar” xəbər verir ki, layihəyə əasən, tibbi sığorta sistemində tərəflərin məsuliyyəti dəyişdiriləcək.
3 Aprel 2018 15:22 SosialMilli Məclisin aprelin 3-də keçirilən iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişiklik layihəsi təsdiq olunub. "Olaylar" xəbər verir ki, layihəyə əasən, tibbi sığorta sistemində tərəflərin məsuliyyəti dəyişdiriləcək. Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradacaq. Qeyd edək ki, hazırki qanuna görə yuxarıda qeyd olunan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilir.