Fransanın Reyunyon adasında vulkan püskürdü

Hind okeanında Fransaya məxsus Reyunyon adasında Piton-de-la-Furnez vulkanı püskürməyə başlayıb. Vulkan səhər saatlarından etibarən fəallaşıb. Ada rəhbərliyi sakinlərin təhlükəsizliyi məqsədilə fövqəladə vəziyyət xəbərdarlığı elan edib. Vulkanın ətraf bölgələrinə gediş-gəliş məhdudlaşdırılıb.

Qeyd edək ki, 2632 metr hündürlüyü olan Piton-de-la-Furnez vulkanı adanın sıx məskunlaşmış bölgəsində yerləşir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31